(7.135) “ Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular”. Allah Fironun xalqını bir bəlanın ardınca digər bəladan müəyyən müddətə xilas edirdi. Bu əbədi deyil, müvəqqəti xilas idi. Bu yerinə yetirilən kimi fitnə-fəsadçılar o saat Musaya (ə) verdikləri vədi yaddan çıxarırdılar. Onlar ona (ə) iman gətirəcəklərinə və onu (ə) İsrail oğulları ilə birlikdə buraxacaqlarına vədə vermişdilər, amma bunu etmirdilər. Bundan da başqa, onlar öz kafirliklərində kor-koranə dolaşır və israillilərə əziyyət verirdilər.
ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ