ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ (7.123) “Firon (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!”
(7.124) “Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!” Firon sehrbazlara dedi: “Doğrudanmı siz mənim icazəm olmadan iman gətirdiniz? Siz çox kobud rəftar etdiniz və mənə hörmətsizlik göstərdiniz!” Öz xalqını aldatmaq üçün isə o, əlavə etdi: “Musa sizin hamınızdan yaşlıdır. O sizə sehrbazlığı öyrətmişdir və siz onunla məkrli bir əlaqəyə girmişsiniz. Siz onunla əhd bağlamışsınız ki, ona itaət edəsiniz və o da sizə qalib gəlsin. Siz onun ardınca getmək istəyirsiniz və bütün xalqı və ya onun böyük bir hissəsini öz ardınızca aparasınız. Siz istəyirsiniz ki, onları Misirdən çıxarıb aparasınız!”
Firon gözəl bilirdi ki, o, yalan danışır və bu baş verən hadisələrdən xəbərdar olanların hamısına məlum idi. Musa (ə) heç vaxt sehrbazların heç biri ilə görüşməmişdi, axı onların hamısı Fironun əmrini icra edən carçıları tərəfindən gətirilmişdilər. Bundan başqa, sehrbazlar əllərindən gələni etmişdilər ki, Musaya (ə) qalib gəlsinlər, lakin o (ə), insanlara Allahın möcüzəsini göstərdiyi üçün onlar aciz qalmışdılar. Onlar həqiqəti aydınlaşdırdıqdan sonra, peyğəmbərin (ə) ardınca getdilər. Firon isə onların əllərini və ayaqlarını çarpaz kəsdirəcəyi ilə hədələdi.
Zülmkar günah sahibi qərara almışdı ki, iman gətirmiş sehrbazlar yer üzündə fəsad yayırlar və onları fitnə-fəsadçılara verilən cəza ilə cəzalandırmağa – onların sağ əllərini və sol ayaqlarını kəsdirməyə hazırlaşırdı. Bundan sonra o, onları palma ağaclarında çarmıxa çəkdirmək və hər birinin bədənini nizələtdirmək arzusundaydı. O, onların ancaq bir hissəsini edam etməklə qane olmayaraq, bütün iman gətirənlərə divan tutmaq niyyətindəydi.
ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ