(7.139) “Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!” Bu insanların etiqad etdikləri nə varsa məhv ediləcəkdir və onların etdikləri əməllər əbəs olacaqdır. Onların duaları səmərəsiz, ilahları isə faydasızdır. Deməli, onların əməlləri də, niyyətləri də yanlışdır.
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ (7.140) “(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!” Doğrudanmı, O – Vahid Haqq İlah olduğu halda, mən sizə Allahdan başqa bir ilah göstərərəm? O, ən gözəl sifətlərə malikdir və əməlləri qüsursuz yerinə yetirir. O, sizi bütün məxluqlardan ucaltmışdır və siz Onun bu lütfkarlığına minnətdarlığınızı bildirməlisiniz. Buna görə siz təkcə Ona ibadət etməli və Ondan başqa ibadət edilənlərin hamısını rədd etməlisiniz.