ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ (8.11) “O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir mürgüyə daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı”. Allah müsəlmanları mürgülətdi və bu Onun yardımının yeni bir təzahürü və Onun müsəlmanların dualarını qəbul etməsinin dəlili idi. Mürgü onları ürəklərində baş qaldırmış xofdan xilas edərək, onlara özlərini əmin-amanlıqda hiss etməyə imkan verdi və Allahın onlara kömək göstərəcəyinə inam yaratdı. Sonra yağış yağaraq möminləri pisliklərdən, toz-torpaqdan və şeytanların vəsvəsəsindən təmizlədi. Allah onların qəlbini möhkəmlətdi, çünki məhz qəlbin gücü bütün bədənə qüvvət verir. Bununla yanaşı O, onların qədəmlərini sabitləşdirdi: yağışdan sonra qumsal torpaq bərkidi və yerimək üçün rahat oldu.