ﮱﯓﯔﯕ ﯖﯗﯘ
(8.14) “Bax beləcə, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri hələ bir Cəhənnəm əzabı da gozləyir”77.
Ey Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) ayrılmış mürtədlər! Bu həyatınızdakı cəzanı dadın və bilin ki, iman gətirməyənlərə Cəhənnəm əzabı da hazırlanmışdır.
Bu Quran hekayətində Allahın çox böyük möcüzələri öz əksini tapmışdır ki, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin həqiqiliyini sübut edən dəlillərdir.
Birincisi, Allah möminlərə qələbə bağışlayacağını vəd etmişdi və Öz vədini yerinə yetirdi. Fövqəluca Allah buyurur: “(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir” (Ali-İmran, 3/13).
İkincisi, O, yardım üçün Ona dua edən möminlərə cavab verərək, kömək göstərməkdən ötrü zəruri şərait yaratdı. Bu, təsdiq edir ki, Rəbb Öz mömin qullarının qayğısına qalaraq onların imanını möhkəmlədir və qədəmlərini sabitləşdirir, onları hər hansı xoşagəlməz hallardan və şeytan vəzvəsələrindən xilas edir. Bu həmçinin qullarının dini hökmləri yerinə yetirmələrini mənəvi və maddi səbəblərin vasitəsilə asanlaşdıran Allahın mərhəmətinin dəlilləridir.
Dostları ilə paylaş: |