ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ (8.25) “Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!”80 Sınaqdan keçirilmə təkcə günahkar zalımlara deyil, həmçinin açıq-aşkar itaətsizlik edən günahkarları islah etməyə cəhd göstərməyən günahsız insanlara da zərbə endirir. Allahın cəzası cinayət törədilməsində təkcə günahkarlara düçar olmaqla kifayətlənmir və buna görə insanlar belə sınaqlardan ehtiyatlanmalı və ətraflarındakıları qınanılan əməllərdən çəkindirməli, əxlaqsızlıq və şərəfsizlik yayan bədniyyətli cinayətkarlara müqavimət göstərməli, başqalarına günah işlətməyə və zalımlıq etməyə yol verməməlidirlər. İnsanlar bilməlidirlər ki, Allah Onu qəzəbləndirməyə cəsarət edənləri və Onun lütfkarlığını qazanmağa cəhd göstərməyənləri sərt cəzalandırır.