Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə265/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   261   262   263   264   265   266   267   268   ...   317
ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
(8.27) “Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin!”81
Fövqəluca Allah qullarına buyurur ki, Onun qarşısında, əmr olunanı icra etməklə və qadağan olunandan çəkinməklə, vəzifə­lərini yeriə yetirsinlər. Allah göylərə, Yerə və dağlara dini hökmləri yerinə yetirmək öhdəliyi götürməyi təklif etdi, amma onlar məsuliyyətdən qorxaraq, belə bir yükü öz üstünə götürməkdən boyun qaçırdılar. Lakin insan belə ağır bir yükü aparmağa razılaşdı, çünki o, öz təbiəti etibarı ilə zalım və nadandır. Allah qarşısında öz vəzifələrini yerinə yetirənlər bol mükafatlara layiq görülür. Kim ki, öz vəzifələrini yerinə yetirmir və ona göstərilmiş etimada xəyanət edirsə, o, sərt cəzaya məruz qoyulur. Belə günahkarlar Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onlara göstərilmiş etimada xəyanət edərək, öz ləyaqətini alçaldırlar. Onlar xainlikləri üzündən ən alçaq və qüsurlu sifətlərə malikdirlər və bununla özlərini ən kamil və ən gözəl keyfiyyətdən – sədaqətli olmaqdan məhrum edirlər.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin