Əl-maiDƏ (SÜFRƏ)


ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ



Yüklə 2,51 Mb.
səhifə268/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   264   265   266   267   268   269   270   271   ...   317
ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ
(8.30) “(Ey Elçim!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!”
Ey Elçi! Allahın sənə göstərdiyi lütfkarlığını xatırla! Müşrik­lər səninlə necə rəftar edəcəkləri qərarına gəlmək üçün məşvərət çağırdılar. Onlar istəyirdilər ki, səni həbs edib qandallasınlar. Başqaları səni öldürmək istəyirdilər ki, bu vasitə ilə İslama dəvə­tindən xilas olsunlar. Bir başqaları düşünürdülər ki, səni şəhərdən qovsunlar. Toplaşanlardan hər biri bu barədə öz rəyini bildirirdi, lakin onlar kafirlərdən ən qəddarı olanın – lənətlənmiş Əbu Cəhlin təklifini qəbul etməyi qərara aldılar. O təklif etmişdi ki, Qureyş qəbilələrinin hər birindən bir nəfər gənc seçib hər birinə iti qılınc verilsin ki, onlar birlikdə sənə sarsıdıcı zərbə endirsinlər. Belə olduqda sənin qətlinə görə məsuliyyət bütün Qureyş ailələrinin üstünə düşəcəkdi və Haşimin nəsli isə qan bahası almaqla kifayətlənəcəkdi, çünki axı onlar bütün qureyşlilərdən eyni vaxtda intiqam ala bilməzdilər. Sui-qəsdçilər gecə vaxtı pusqu qurmağı və sən yuxudan oyanan zaman üsünə hücum etməyi qərara aldılar.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səmadan nazil olan vəhy vasitəsilə sui-qəsddən xəbər tutdu. O, evdən çıxaraq qureyşlilərin başına qum səpdi və görünmədən onların yanından keçib getdi. Allah belə etdi ki, onlar onu (ona Allahın salavatı və salamı olsun!) görmədilər. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) evdən çıxmasının uzun çəkdiyini gördükdə, yanlarına bir nəfər gəlib dedi: “Qoy Allah əməllərinizi puç eləsin! Muhəmməd artıq evdən çıxmış və başınıza da qum səpmişdir”. Ancaq bundan sonra onlar başlarındakı qumu təmizləməyə başladılar.



Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) sui-qəsdçilərdən qorudu və ona (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrət etməyə razılıq verdi. Orada Allah ona (ona Allahın salavatı və salamı olsun!) çoxsaylı mühacir və ənsarlardan ibarət olan səhabələrlə kömək göstərdi. Onun (ona Allahın salavatı və salamı olsun!) dini yayıldı və bir-neçə il keçdikdən sonra o (ona Allahın salavatı və salamı olsun!) Məkkəni və onun əhalisini fəth etdi. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) qarşısında müti oldular və hakimiyyətini qəbul etdilər, halbuki o (ona Allahın salavatı və salamı olsun!) əvvəlcə öz doğma şəhərini, həyatı üçün təhlükə yarandığına görə, gizlicə tərk etmişdi. Öz qullarının qayğısına qalan Allah Pak və Müqəddəsdir və Ona müqavimət göstərməyə gücü çata biləcək bir məxluq yoxdur!


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin