ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ (8.32) “Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər”. Kafirlər haqlı olduqlarına inandıqları üçün belə demişdilər və Allaha necə müraciət etməyi bilmirdilər. Haqlı olduqlarını təsdiq edərək, onlar gerçəkliyi təhrif edən şübhəli sübutlar gətirirdilər və onların sayəsində öz baxışlarının düzgünlüyünə inanmışdılar. Onların yanına onlarla müzakirə aparmağa bir nəfər gələrək, məhz özünün haqqa əsaslandığını bəyan etdikdə, onlar belə deməli idilər: “Ey Allah! Əgər bu doğrudan da Səndən nazil olan haqdırsa, onda bizi doğru yola yönəlt”. Belə davransaydılar, onlar öz zalımlıqlarını daha yaxşı gizlədə bilərdilər. Lakin onlar dedilər: “Ey Allah! Əgər Muhəmmədin təlimi Səndən gələn haqdırsa, üstümüzə daş yağdır və ya bizi əzabverici cəzaya düçar et”. Bu sözlər tamamilə kifayət edərdi ki, onların ağılsız axmaq və zalım nadanlar olduqları başa düşülsün, axı əgər Allah onları ləngitmədən cəzalandırsaydı, onların kökü büsbütün kəsilərdi. Lakin Allah onları o saat cəzalandırmadı, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların arasında idi.