ﭑﭒﭓﭔﭕﭖﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ
(8.34) “Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilmir!”
Müşrikləri, işgəncələrə məhkum edən cinayətlər törətdiklərinə görə, cəzadan nə qoruya bilər? Onlar insanlara, o cümlədən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələrinə Məscidülharama yaxınlaşmağa imkan vermirlər. Axı Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələri bu məscidin yanında dayanmağa daha çox haqlıdırlar, çünki müşriklər, ümumiyyətlə, heç Allahın dostları da deyillər.
Bir şərhə görə, bu ayədə əvəzlik83 Allaha şamil edilir və belə olduqda, bu vəhyin mənasından belə çıxır ki, müşriklər Onun dostları deyillər. Digər bir şərhə görə isə bu əvəzlik Məscidülharama aiddir və belə olduqda, bu onu göstərir ki, müşriklər Məscidülharama digər insanlardan üstün haqqa malik deyillər. Allahın dostları – təkcə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmiş, tövhidə etiqad edən, ancaq tək Ona ibadət edən və xidmət göstərən möminlərdir. Lakin insanların əksəriyyəti bundan xəbərsizdir və buna görə onlar, başqalarının daha çox layiq olduğu keyfiyyətləri, özlərinə aid edirlər.
Dostları ilə paylaş: |