ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢﭣﭤ (8.26) “(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!” Fövqəluca Allah qullarına, onlar alçaldıldıqdan sonra qələbə bəxş etməklə, azsaylı olduqları halda sıralarını artırmaqla, kasıb olduqları halda onları varlandırmaqla göstərdiyi mərhəmətini xatırladır. Onlar zəif camaat sayılırdılar və başqa insanların hakimiyyəti altında olsalar da, Allah onlara yardım göstərdi və çoxsaylı nemətlər nazil etdi. Onlar başqa bir şəhərdə sığınacaq tapdılar, öz düşmənlərinə qalib gəldilər və bol qənimət ələ keçirdilər və bunların sayəsində varlı və təmin edilmiş insanlar oldular. Ola bilsin ki, bu böyük mərhəmətə və yerinə yetirilmiş xeyirxahlığa görə onlar Allaha şükür edərlər. Ola bilsin ki, onlar heç kimi şərik qoşmadan təkcə Ona ibadət edərlər.