ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
(8.20) “Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!”
(8.21) “Eşitmədikləri halda (dilləri ilə): “Eşitdik!” deyənlər (münafiqlər) kimi olmayın!”
Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmrlərini yerinə yetirin və sizə haram edilən hər şeydən çəkinin. Onun Kitabında nazil edilmiş hökmləri və tələbləri eşitdiyiniz halda, Allaha və Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən boyun qaçırmayın. Əgər siz Quran əhkamlarından, onları eşitdikdən sonra, üz döndərsəniz, onda ən pis hərəkət etmiş olarsınız.
Eşitmədikləri halda, haqqı eşitdiklərini bəyan edənlərə oxşamayın, çünki onlar heç bir şey eşitməmişdilər. Heç bir əsası olmadan dəlilsiz-sübutsuz iddialarla qane olmayın, çünki belə davranışı Allahı və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) bəyənmirlər. İman özünütərifdən və fantaziyalardan ibarət deyildir. O, insanların ürəklərində kök salmış və saleh əməllərlə təsdiq olunmuş tələblərdən ibarətdir.
Dostları ilə paylaş: |