ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ
(8.15) “Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!”
(8.16) “(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir”.
Fövqəluca Allah Öz mömin qullarına əmr edir ki, layiqincə cəsarət və inadkarlıq göstərsinlər və ruhu və bədəni möhkəmlədən əməllər etməyə səy göstərsinlər. O, tərəflər bir-biri ilə əlbəyaxa döyüşə başladıqdan sonra döyüş meydanından qaçmağı qadağan edir.
Ey möminlər! Əgər sizin döyüş cərgələriniz düşmənin döyüş cərgələri ilə üz-üzə gəlsələr, onlara arxa çevirməyin. Əksinə, mətanətli olun və müharibənin ağırlığına səbirlə dözün. Belə davrandıqda, siz Allahın dininə kömək edərsiniz, digər möminlərin qəlbinə inam və allahsızların ürəyinə dəhşət salarsınız. Düşmənə arxa çevirməyə ancaq hərbi manevr etmək və ya başqa bir dəstə ilə birləşmək məqsədilə icazə verilir. Kim ki, döyüş zamanı başqa bir səbəblə arxasını düşmənə çevirərsə, Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil edilər.
Beləliklə, üzrlü səbəb olmadan döyüş meydanından qaçma ən böyük günahlardan biridir. Bu barədə səhih hədislərdə xəbər verilmişdir və bu, belə günaha yol vermiş müsəlmanların ünvanına qorxunc xəbərdarlıq kimi təsdiq olunur.
Şərh etdiyimiz ayələrin mənasından aydın olur ki, döyüş zamanı ancaq bir cinahdan başqa cinaha keçməyə, əgər belə yerdəyişmə düşmənə daha güclü zərbə vurmağa imkan verirsə, icazə verilir. Bu yerdəyişməni həyata keçirərkən müsəlmanlar kafirlərə döyüş meydanından qaçmaq niyyəti ilə arxa çevirmirlər. Onlar belə edirlər ki, düşmən üzərində üstünlük əldə etsinlər, onun seçilmiş qoşunlarına zərbə endirsinlər, onu azdırsınlar və ya başqa bir hərbi niyyəti həyata keçirsinlər. Həmçinin başqa dəstəyə kömək və ona kafirləri darmadağın etməyə yardım məqsədilə də geri çəkilməyə icazə verilir. Belə etməyə, hətta düşmən dəstəsi müsəlmanların düşərgəsində olduqda da, icazə verilir və bu hökm tamamilə aydındır.
Əgər müsəlmanlar geri çəkilərək döyüşdə iştirak etməyən bir dəstəyə qoşulmaq istəyirlərsə, məsələn, əgər onlar kafirlərin zərbəsi altında məğlubiyyətə uğrayaraq bir müsəlman ölkəsinə və ya müsəlmanların hərbi düşərgələrinin birinə sığınmağa cəhd göstərirlərsə, onda səhabələrin müxtəlif rəylərindən aydın olur ki, belə etməyə icazə verilir. əgər müsəlmanlar kiçik bir məğlubiyyətə uğramağa dözməklə, ümumi qələbəyə nail olmağı və ya qüvvələrini qoruyub saxlamağı nəzərdə tuturlarsa, onda yəqin ki, belə hərəkət etmək məqsədəuyğundur. Lakin əgər müsəlmanlar döyüşün davam etdirilməsinin onların kafirlər üzərində qələbəsi ilə qurtaracağına əmindirlərsə, belə bir vəziyyətdə onlara geri çəkilməyə icazə verilməsini təsəvvür etmək çətindir. Əslində, belə bir halda kiminsə geri çəkilməsi ağlabatan iş deyil.
Şərh etdiyimiz ayə ümumi mənaya malikdir, lakin bu surənin sonunda biz bu hökmün qoşunların say tərkibi ilə əlaqədar olması barədə nazil edilmiş ayə haqqında ayrıca bəhs edəcəyik.
Dostları ilə paylaş: |