(8.64) “Ey Peyğəmbər! Sənə və sənin mömin ardıcıllarına Allah kifayətdir!”94 Allah Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə gedən möminlərə kömək göstərəcəyini və düşmənlərlə mübarizədə yardım edəcəyini vəd etmişdi. Müsəlmanlar bu şərti yerinə yetirsələr, haqq dinə etiqad etsələr və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getsələr, onda O, bütün dünyəvi və dini işlərində onlara hökmən kömək göstərər. Lakin Onun köməyi, onların bu şərti nə dərəcədə qüsursuz yerinə yetirmələrindən asılı olacaqdır.