Əl-maiDƏ (SÜFRƏ)


ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ



Yüklə 2,51 Mb.
səhifə294/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   290   291   292   293   294   295   296   297   ...   317
ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ
(8.60) “(Ey möminlər) Allahın düşmənini və öz düşməni­nizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacar­dığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!”
Sizi məhv etmək və dininizi sarsıtmaq üçün əllərindən gələn hər şeyi edən kafir düşmənlərinizlə qarşıdurmaya hazırlaşın. Biliyinizi və gücünüzü artırın, hər növ silah əldə edin və sizə kafirlərlə döyüşdə kömək ola bilən istənilən digər hazırlıqları da aparın.

Bu hökm hərbi sənayenin top, pulemyot, tüfəng sahələrini, hərbi təyyarələrin, yerüstü və dəniz hərbi texnikasını, istehkam qurğularının və digər mühəndis tikililərinin inşasını nəzərdə tutur. Bu ayə ictimai fikrin və müsəlmanların yüksəlişinə və onların düşmənlərin hücumundan müdafiə mənafelərinin qorunmasına yönəldilmiş fəaliyyətin inkişafına çağırışdır. O, müsəlmanları atəş açma qaydalarını öyrənməyə, inzibati fəaliyyəti öyrənməyə, igid və cəsur olmağa çağırır. Bax elə buna görə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığından ibarətdir”.

Bu hökm həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnika əldə edilməsini nəzərdə tutur. Allah əmr edir ki, döyüş atları hazırlansın və Onun düşmənləri və möminlərin düşmənləri dəhşətə salınsın. Bu hökmün hikməti ondan ibarətdir ki, düşmənlər qorxudulsun və bu məsələ bu gün üçün də aktualdır. Məlum olduğu kimi, dini hökm o vaxtadək öz qüvvəsini saxlayır ki, onun nazil edildiyi səbəb hələ də qalmış olsun. Əgər düşməni qorxuda bilən yerüstü və havada istifadə edilən hərbi texnika mövcuddursa və onun sayəsində qələbə qazanmaq asanlaşırsa, onda müsəlmanlar onları inkişaf etdirməlidirlər, çünki vacib hökmü həyata keçirmək üçün zəruri olan hər bir əməlin özü də vacibdir.

Belə etdikdə müsəlmanlar onlara məlum olan düşmənlərini və həmçinin haqqında xəbər tutmadıqları və sonradan döyüşməli olacaqları düşmənlərini qorxuda bilərlər. O düşmənlər Allaha məlumdur və buna görə O, müsəlmanlara əmr etmişdir ki, gələcək döyüşlərə hazırlaşsınlar. Nəzərə alınsa ki, cihadın aparılmasına yardım göstərən ən vacib amillərdən biri – müsəlman ordusunun xeyrinə maddi ianə verilməsidir, Fövqəluca Allah möminləri varidatlarını Onun yolunda sərf etməyə çağırmışdır.

Qiyamət günü başlandıqda isə müsəlmanlar verdikləri hər kiçik və böyük ianə üçün dəfələrlə çoxaldılmış ölçüdə mükafat alacaqlar, çünki Allah yolunda verilən ianənin mükafatı yeddi yüz dəfə və daha artıq çoxaldılır. Möminlərə qarşı ədalətsizlik edilməz və onların mükafatı qətiyyən azaldılmaz.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin