(8.55) “Həqiqətən, Allaha görə canlı məxluqların ən şərlisi küfr edənlərdir. Onlar iman gətirməmişlər və gətirməyəcəklər”88.
(8.56) “Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar”. Küfrə etiqad edən günahkarlar iman gətirməkdən boyun qaçırırlar və onlara göstərilən etibara xəyanət edərək, canlı məxluqların ən şərlisinə çevrilirlər. Onlar xatırlanan üç keyfiyyətə malikdirlər: öhdəliklərini yerinə yetirmirlər, verdikləri sözün üstündə durmurlar və buna görə də onlar eşşəklərdən, itlərdən və başqa həşəratlardan da pisdirlər. Onlarda xeyirxahlıq yoxdur – onlar əsil şərdirlər. Onlar məhv edilməlidirlər ki, xəstəlikləri ətrafdakılara sirayət etməsin. Bax elə buna görə sonra Fövqəluca Allah belə buyurur: