Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə291/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   287   288   289   290   291   292   293   294   ...   317
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ
(8.57) “Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirt­sən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxa­larında olan kimsələri də (qorxudub) dağıt ki, onlar (bun­dan) ibrət alsınlar (bir daha əhdi pozmağa cürət etməsinlər)!”
Əgər sən onlarla döyüşməli olsan, onlarla əhd üzrə öhdə­liklərin olmazsa, onda onları sərt cəzalandır ki, bu, öz ardıcılları üçün ibrət nümunəsi olsun. Ola bilsin ki, onlardan sonra gələn insanlar onların başına gələnləri yadda saxlayıb ibrət götürsünlər və bu sərt aqibətin öz başlarına gəlməməsi üçün səy göstərsinlər.

Törədilmiş cinayətlərə görə cəza tədbirlərinin faydası da elə bundadır. Cinayət­karların cəzalandırılması, hələ cinayət törətmə­miş insanları itaətsizlikdən çəkindirir və artıq cəzasını çəkmişləri də yenidən cinayət etməkdən, qanunu təkrar pozmaqdan saxlayır. Fövqəluca Allah bu ayədə xatırlanan cəzanı hərbi əməliyyatlarla bağlayır və buradan aydın olur ki, əgər müsəlmanlar kafirlərlə sülh müqaviləsi bağlayıblarsa89, onlar (müsəlmanlar) o müqaviləni xaincə­sinə pozmaq və, hətta onlar (kafirlər) islahedilməz satqınlar və xainlər olsalar belə, kafirləri cəzalandırmaq haqqına malik deyillər.



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin