Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,51 Mb.
səhifə56/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   52   53   54   55   56   57   58   59   ...   317
(5. 59) “De: “Ey Kitab əhli! Doğrudanmı siz bizi Allaha, bizə nazil edilənə və əvvəl nazil edilənlərə və əksəriyyətinizin fasiq olduğuna iman gətirdiyimizə görə qınayırsınız?”
Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) İslamın doğrudan da həqiqi din olduğuna Kitab əhlini inandırmağı əmr etmişdi. Onlar isə tərifə və təriflənməyə layiq olan əməllərinə görə müsəlmanları qınayırdılar. Ona (ona Allahın salavatı və salamı olsun!) buyurulmuşdu ki, belə desin: “Ey Kitab əhli! Doğrudanmı bizim yeganə nöqsanımız Allaha, bütün müqəddəs Kitablara və bütün peyğəmbərlərə iman gətirməyimizdir? Doğrudanmı biz belə bir dini qəbul etməyən insanları kafir və günahkar adlandırmaqda günahkarıq? Doğrudanmı bizi, öz əməllərinə görə məsuliyyət daşıyanların ən mühüm vəzifəsi olan imana nail olduğumuza görə qınayırsınız?! Sizin əksəriyyətiniz Allaha itaətdən boyun qaçıran və günah işlər törətməyə cəsarət edən əsil fasiqlərdir və buna görə yaxşı olardı ki, siz susasınız. Əgər siz günaha batmasaydınız, bizə ünvanladığınız qınaqlar daha yüngül cinayət olardı. Lakin siz özünüz qatı günahkarlar olduğunuz halda bizi qınayırsınız”.
                           

(5. 60) “De: “Allahdan daha pis əvəz alacaq adamlar haqqında sizə xəbər verimmi? Onlar – Allahın lənətlədiyi, onlara qəzəbləndiyi, onları meymuna və do­nuza çevirdiyi kəslərdir ki, tağuta ibadət edərdilər. Onlar daha da pis yerləri tutacaqlar və yoldan daha çox azmışlardır”.
Kitab əhlinin ittihamlarından belə çıxır ki, onlar müsəlmanların əməllərini səfeh əməllər sayırlar. Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onların necə bir dəhşətli vəziyyətdə olduqlarını yadlarına salsın. Ona əmr olunmuşdu ki, belə desin: “Bizi təqsirləndirdiyiniz əməllərdən olduqca daha pis əməlləri olan kəslər haqqında sizə xəbər verimmi? Elə insanlar var ki, Allah onları lənətləmiş və Öz mərhəmətindən uzaqlaş­dır­mışdır. Allah qəzəblənərək, onları həm bu dünyada və həm də Axirətdə cəzaya məhkum etmişdir. Onları, tağuta ibadət etdiklərinə görə, meymuna və donuza çevirmişdir”.

Tağut dedikdə, şeytan və, Allahdan üz çevirib, ona ibadət edənlər nəzərdə tutulur. Şübhəsiz ki, sadalanan yaramaz keyfiyyətlərə malik olan adamlar, Allahın mərhəmətinə yaxın olan möminlərdən olduqca çox pis vəziyyətə düşəcəklər. Allah möminlərdən razıdır və onlara həm bu dünyada və həm də Axirətdə mükafatlar əta edəcəkdir, çünki onlar Ona səmimi qəlbdən xidmət edirlər. Bu ayədə müqayisə dərəcəsi, keyfiyyətcə bir-birinə əks olan şeylərin kəskin qarşılaşdırılması üçün istifadə edilmişdir.
                

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin