(5. 61) “Yanınıza gələrək, onlar dedilər: “Biz iman gətirdik”. Lakin onlar küfrlə daxil olmuşdular və onunla da çıxdılar. Allah onların nəyi gizlətdiklərini yaxşı bilir!” Onlar yanınıza gələndə, ikiüzlülük edir və bədxah niyyətdə olurlar. Onlar özlərini dindar adlandırırlar, lakin sizin yanınıza gələndə də, sizdən ayrılıb gedəndə də onlar kafir olaraq qalırlar. Onlardan daha pis kim ola bilər? Kimin vəziyyəti onlarınkından da çirkin ola bilər?! Allaha onların gizlətdikləri hər şey olduğu kimi məlumdur və onlar həm yaramaz və həm də yaxşı əməllərinə görə mütləq əvəz alacaqlar.