Əl-maiDƏ (SÜFRƏ)


(5.85) “Allah dedikləri sözlər xatirinə onları əbədi qalacaqları və altından çaylar axan Cənnətlə mükafatlandırdı. Budur yaxşılıq edənlərə verilən əvəz”



Yüklə 2,51 Mb.
səhifə65/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   61   62   63   64   65   66   67   68   ...   317
(5.85) “Allah dedikləri sözlər xatirinə onları əbədi qalacaqları və altından çaylar axan Cənnətlə mükafatlandırdı. Budur yaxşılıq edənlərə verilən əvəz”.
Allah onları həqiqi imana aid sözlər dediklərinə və haqqı qəbul etdiklərinə görə altından çaylar axan Cənnət bağları ilə mükafatlandırdı. Onlar orada əbədi olaraq qalacaqlar, çünki yaxşılıq edənlər ancaq belə əvəzə layiqdirlər.

Bu və bundan əvvəlki ayələr Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmiş xristianlar haqqında nazil edilmişdir. Həbəşistan nequsu da və bir çox başqaları da belə etmişdilər. Bu günə qədər də xristianların arasında elələri tapılır ki, dünyabaxışlarındakı yanlışlıq onlara aydın olanda İslama üstünlük verirlər. Şübhəsiz ki, bu onu göstərir ki, onlar İslama yəhudilərdən və müşriklərdən daha yaxındırlar.
       
(5.86) “İman gətirməyərək ayələrimizi yalan sayanlar isə Cəhənnəm sakin­ləridir”.
Xeyirxah möminlərin mükafatlandırılmasını xatırlatdıqdan sonra Allah günahkar­ları gözləyən cəza haqqında xəbər verir. Onlar iman gətirməkdən boyun qaçırır və Allahın həqiqəti işıqlandıran ayələrini inkar edirlər və buna görə də onlar Cəhənnəm odunun sakinləri olacaqlar.
                 
(5.87) «Ey iman gətirmişlər! Allahın sizə halal etdiyi nemətləri haram etməyin və həddi aşmayın. Həqiqətən, həddi aşanları sevmir”.
Möminlər Allahın onlar üçün halal etdiyi faydalı yeməkləri və içkiləri haram saymamalıdırlar. Allah onlara lütfkarlıq göstərmişdir və buna görə onlar Ona həməd etməli və Ona minnətdar olmalıdırlar. Onlar naşükürlük göstərməklə Allahın mərhə­mətini rədd etmək, onu qəbul etməyib haram saymaq haqqına malik deyillər. Əgər onlar belə davransalar, əgər onlar Allaha iftira atsalar, nankorluq etsələr və halal və faydalı nemətlərin haram və pis olduğunu bəyan etsələr, yol verilən hədləri aşmış olarlar. Allah insanlara bu hüdudları keçməyi qadağan etmişdir. Bundan başqa, hədlərin aşılması Onun nifrətinə səbəb olur və belələri Onun cəzasına layiq görüləcəklər.
            

(5.88) “Allahın sizə nəsib etdiyi halal və yaxşı şeylərdən yeyin və iman gətir­di­yiniz Allahdan qorxun!”
Allah, Özünün halal bəyan etdiklərindən bəzilərini özləri özlərinə haram edən müşriklərə oxşamamağı əmr etmişdir. O, qullarına, Onun sayəsində öz zəhməti ilə əldə etdikləri halal məhsulları yeməyi buyurmuşdur. Bu o deməkdir ki, yeyilən şey oğurluqla əldə edilməməli, kimdənsə zorla alınmamalı və ya qanunsuz yolla qazanılmış vəsaitlər hesabına satın alınmamalıdır. Bununla yanaşı, o təmiz və faydalı olmalıdır, çünki yırtıcı heyvanların ətini və yaxud natəmiz məhsulları yemək olmaz. Müsəlmanlar Allahın hökmlərini yerinə yetirərkən və Onun haramlarından çəkinərkən, əgər həqiqətən də Ona iman gətiriblərsə, onda Allahdan qorxmalıdırlar. Məhz Ona iman gətirilməsi onları təqvalı etiqadına malik olmağı və Onun hüzurunda öz vəzifələrini yerinə yetirməyi zəruri edir, çünki ancaq bu halda təqvalılıq kamilləşmiş olur.

Bu kəramətli ayədən aydın olur ki, əgər insan halal qidanı yeməyi, halal içkini içməyi və yaxud əsir götürülmüş qadınla və ya kölə qadınla intim əlaqəyə girməyi özünə haram edirsə də, bu əməl ona haram olmur. Lakin əgər o, verdiyi vədini pozursa, bu əməlinə görə, andlarını pozanların verdiyi kimi kəffarə verməlidir. Fövqəluca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinin səndən razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi niyə özünə haram edirsən? Allah Bağışlayandır və Rəhmlidir. Həqiqətən, Allah andlarınızı geri götürməyi vacib etmişdir. Allah sizin Haminizdir. O – Biləndir və Müdrikdir!” (Təhrim, 66/1-2).

Yox, əgər insan öz zövcəsi ilə intim əlaqəyə girməyi özünə qadağan etmişsə, onda o, zihar adlanan zövcələrindən imtina etmək kimi cahillik dövrü ənənəsinə görə kəffarə verməlidir.

Bu ayədən həm də aydın olur ki, insan ona icazə verilmiş nemətlərdən və zövqü-səfadan çəkinməməli və onları özünə haram etməməlidir. Əksinə, o, onlardan ləzzət almalı və onlardan Rəbbinə itaət etmək xatirinə istifadə etməlidir.
                                             
(5.89) “Qəsdsiz içdiyiniz andlarınıza görə Allah sizi tənbeh etməz, lakin qəs­dən and içməyinizə görə cəzalandırar. Bunun kəffarəsi kimi öz ailənizə yedirdiyiniz yeməyin orta əmsalı ilə on nəfər kasıbı yedizdirin və ya geyindirin və yaxud da bir kölə azad edin. Kim bunu edə bilmirsə, üç gün ərzində oruc tutmalıdır. Budur and içib yerinə yetirmədiyinizin kəffarəsi. Andlarınızı qoruyun. Allah ayələrini sizə bu tərzdə bəyan edir ki, bəlkə Ona minnətdar olasınız”.
Allah insanları qərəzsiz və fikirləşmədən içdikləri anda görə cəzalandırmır. Belə andlara, insan onu içərkən dediyinin doğru olduğunu zənn etdiyi, amma sonra yanıldığını başa düşdüyü, andlar daxildir. Lakin Allah insanları düşünərəkdən və qəti niyyətlə verdikləri andlara görə cəzalandırır. Oxşar bir ayədə deyilir: “Allah sizi qərəzsiz içdiyiniz andlarınıza görə cəzalan­dırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır...” (Bəqərə, 2/225).

Əgər insan qəti niyyətlə içdiyi andını pozarsa, o, bunun kəffarəsi olaraq on nəfər kasıbı, adətən, ailəsini yedirtdiyi kimi, yedirtməli və ya on nəfər kasıbı onların namaz qılması üçün kafi olan geyimlə təmin etməli və yaxud bir dindar köləni azad etməlidir. İmanlı kölənin azad edilməsi Quranın digər bir ayəsində xatırlanır. Əgər andını pozan bu üç vacib əməldən birini edərsə, o, andını pozmağa görə cinayətinin əvəzini ödəmiş olur. Əgər o, bunu etmək imkanına malik olmazsa, onda ona üç gün ərzində oruc tutmaq əmr edilir. Təkcə bu yolla törədilmiş günahları təmizləmək və yumaq mümkündür.

Müsəlmanlar öz andlarına sadiq qalmalı, Allaha yalandan and içməkdən çəkin­məli, lazım olmadıqca sağa-sola and içməməli və verdiyi andları pozmamalıdır. Ancaq bir halda andı pozmağa yol verilir ki, edilən əməl faydalı olsun, çünki xeyirxah işlərin görülməsi andların qorunması üçün ən yaxşı vasitədir. Bütün bunlar onu göstərir ki, içilən andlar müsəlmanlara saleh əməllər etməyə mane olmamalıdır.

Allah halalla haram arasında fərqi görməyə və dini hökmlərin mənasını aydınlaş­dırmağa imkan verən ayələrini belə izah edir. Allah insanlara əvvəl bilmədikləri şeyləri öyrədir və buna görə onlar Ona minnətdar olmalıdırlar. Onlar Allaha, onlara şəriət qanunlarını öyrədərkən və açıqlayarkən göstərdiyi lütfkarlığına görə həmd etməyə borcludurlar.
                                    


(5.90) “Ey iman gətirmişlər! Həqiqətən, çaxır, qumar, bütlər və fal oxları şeytanın əməllərindən olan rəzalətdir. Onlardan uzaq olun ki, bəlkə xilas olasınız”.

(5.91) “Doğrudan da, şeytan çaxırın və qumarın köməyi ilə aranızda düş­mənçilik, kin-küdurət yaymaq, sizi Allahdan və namazdan ayırmaq istəyir. Hələ də bunlardan əl çəkmə­yə­cək­siniz?”
Fövqəluca Allah bu yaramaz əməllərin qüsurlu olmasını ifşa edir və onları murdar və şeytan əməlləri adlandırır. İnsanlar uğur əldə etmək üçün onlardan uzaq qaçmalıdırlar. Çünki onlar Allahın qadağan etdiklərini törətməkdən əl çəkmədən ona nail ola bilmə­yəcəklər. Bu, ayədə xüsusilə xatırlanan mənfur əməllərə aiddir.

Onlardan birincisi – sərxoşedici içkilərdən istifadə edilmə­sidir. Bunlara insanı mühakimə yürütməkdən məhrum edən, onu kefləndirən və ya beynini dumanlandırıb məst edən hər hansı bir şey aid edilir. Onlardan ikincisi – qumar oyunlarıdır. Buraya aid olanlar – hər hansı mərc gəlmələr, tərəflərin öz üzərinə öhdəlik götürməsi ilə bağlı olan mübahisə və yarışlardır. Üçüncüsü isə, Allaha ibadət etmək əvəzinə, hər hansı bütlərə, heykəllərə sitayiş etməkdir, dördüncüsü – oxlarla fala baxmaqdır27.

Allah bu əməlləri qadağan etmiş, qullarına onlardan çəkinməyi əmr etmiş, onların verdikləri zərər haqqında bildirmiş və insanların onlardan uzaq durmalı olduqlarını buyurmuşdur.

Birincisi, bu əməllər pis və natəmizdir. Onları sezib duymaq mümkün deyil, çünki onlar fiziki deyil, mənəvi cəhətdən çirkindir. Buna baxmayaraq, insanlar istənilən haramdan qaçınmalıdırlar ki, onunla murdarlanmasınlar.

İkincisi, onlar bəşəriyyətin qatı düşməni olan şeytanın əməllərinə xas olanlardır. Yaxşı məlumdur ki, düşmənlərin fitnə və əməllərindən ehtiyat edərək, xüsusilə, onlar öz əməlləri ilə insanı tələyə salmağa cəhd göstərdikdə, onlardan qorun­maq lazımdır. Belə bir tələnin məhvedici ola biləcəyinə görə, ağıllı insan özünün açıq düşməninin əməllərindən uzaq olmalı, qorunmalı və ehtiyat etməlidir.

Üçüncüsü, qul bu əməllərdən çəkinmədikcə, uğur qazana bilməz. Müvəffəqiyyət – arzu ediləni əldə etmək və xoşagəlməz şeydən xilas olmaqdır. Sadalanan bu dörd əməlin hər biri nailiyyətə doğru yolda maneədir.

Dördüncüsü, onlar insanlar arasında düşmənçilik və ədavət törədirlər və buna görə şeytan o əməllərin yayılması üçün əlindən gələn hər şeyi edir. Xüsusilə, bu, sərxoşedici içkilərin istifadə edilməsinə və qumar oyunlarına aiddir, çünki onlar hətta möminlər arasında da düşmənçilik və ədavət yaymağa qabildir.

Beşincisi, sərxoşedici içkilər insanı aydın mühakimə yürütməkdən məhrum edir və onda iman sahibi olan qardaşlarına qarşı nifrət oyadır, adətən, şərab içilən əlverişsiz hal­larda isə, iş gedib qətlə qədər çıxır. Qumar oyunları zamanı insanlar bir-birini qabaq­la­maq, başqasının malını, ona heç bir xidmət göstərmədən, əlinə keçirməyə can atır ki, bu da düşmənçiliyin və ədavətin baş verməsinə səbəb olan amillərə aiddir.

Altıncısı, bu əməllər üzündən insan qəlbi və bədəni ilə Allahı zikr etməkdən və namaz qılmaqdan uzaqlaşır. Halbuki, Allah qullarını Onu xatırlamaq və namaz qılmaq üçün xəlq etmişdir və sonuncular insanların səadətinin rəhnidir. Çaxır içmək və qumar oynamaq insanı hər şeydən daha güclü surətdə Allahı yada salmaqdan yayındırır və onu o dərəcədə aludə edir ki, insan nə qədər çox vaxt keçməsindən xəbərdar olmur.

İnsanı çirkaba salan və şeytanın əməllərinə aid olan günahlardan daha dəhşətli və daha yaramaz nə ola bilər ki, onu toruna ilişməyə və, heyvan öz çobanına tabe olduğu kimi, özünə itaət etməyə məcbur edir və insana uğur qazanmağa mane olur, möminlər arasında düşmənçilik və ədavət yaradır və onları Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırır?! Bunlardan ağır nəticələr verə bilən, ümumiyyətlə, daha nə ola bilər?!

Bunu nəzərə alaraq, Fövqəluca Allah dərrakəli insanlara bu günahları törətməyi qadağan edərək buyurmuşdur ki, onlardan özləri boyun qaçırsınlar. Bunun səbəbləri ondadır ki, əgər dərrakəli insan belə əməllərin pis nəticələri üzərində düşünərsə, heç kimdən öyüd-nəsihət və qəti xəbərdarlıqlar gözləmədən hökmən onlardan imtina edər.
             

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin