ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ (5.45) “Biz onda onlara: cana canla, gözə gözlə, buruna burunla, qulağa qulaqla, dişə dişlə və vurulmuş yaralara isə onların əvəzini qisas almağı yazmışıq. Amma kimsə bunları sədəqə edərsə, onda bu onun günahlarının kəffarəsi olar. Allahın nazil etdiklərinə uyğun olaraq qərar qəbul etməyənlər isə zalımlardır”. Bu hökmlər Tövratla nazil edilmiş qanunlara aiddir. İtaətkar peyğəmbərlər, ravvinlər və din alimləri yəhudiləri mühakimə edəndə o qanunlara əsaslanırdılar. Allahın əmrinə müvafiq olaraq, insan qəsdlə qətl törədəndə buna görə məsuliyyət daşımalıdırsa, onda o, edam edilməlidir. Əgər o, bir nəfərin gözünü çıxarıbsa, onun da gözünü çıxartmaq lazımdır; əgər o, birinin qulağını kəsmişsə, onun da qulağını kəsmək lazımdır; əgər o, bir adamın dişini sındırmışsa, onun da dişini sındırmaq lazımdır; əgər o, insanı ətraflarından və ya başqa bədən üzvlərindən məhrum etmişsə və buna görə ondan qisas almaq olarsa, həddi aşmadan, onu, həmin üzvündən məhrum etmək lazımdır. Əgər o, bir insanı bilərəkdən yaralamışsa, onda ona da həmin ölçüdə, həmin yerdə və eyni uzunluqda, enlikdə və dərinlikdə yara vurulmalıdır. Bir şeyi də əlavə etmək lazımdır ki, əvvəlki peyğəmbərlərin qanunları, əgər onlar dəyişdirilməyiblərsə, bizim üçün də qanuni qüvvəsini saxlayır.
Sonra Allah buyurur ki, əgər qətl edilənin varisi və ya zərərçəkən alicənablıq edərək qətlə, şikəst edilməyə və yaralanmağa görə qisas almaqdan imtina etsələr, canini bağışlasalar, onda bu cani üçün ünahının bağışlanması olar, çünki insan insanı bağışlayanda, Fövqəluca Allah da onu23 bağışlayır. Bu həm də alicənablıq göstərən şəxs üçün də günahlarının bağışlanmasına səbəb olur, çünki əgər insan ona qarşı cinayət törədəni və ya cinayətlə əlaqəsi olanı bağışlayırsa, onda Allah onu da yol verdiyi nöqsanlara və işlətdiyi günahlara görə bağışlayır.
Lakin insan Allahın nazil etdiklərinə müvafiq olaraq qərarlar qəbul etmədikdə, o, zalım günahkardır. İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, burada söhbət “kafirliksiz kafirlik”, “zalımlıqsız zalımlıq” və “fasiqliksiz fasiqlik” haqqındadır. Belə günah, insan onu yol verilən hesab etdikdə, böyük kafirlikdir, lakin o onu etdikdə və yol verilən saymadıqda, ağır günah hesab edilir.