ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ (5. 51) «Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir”. Fövqəluca Allah qullarına qiymətli nəsihətlər verir və onlara yəhudilərlə xristianların bəzi yaramaz xüsusiyyətlərini izah edir. Onlarla dostluq etmək və onları özlərinin yaxınları saymaq möminlərə yaraşmaz, çünki onlar ancaq bir-biriləri ilə dostluq edirlər. Onlar bir-birilərinə kömək edir və hamıya qarşı birləşirlər və buna görə möminlər əsil düşmənləri olan adamlarla dostluq etməməlidirlər. Onlar müsəlmanlara zərər vurmaq imkanını fota verməzlər və hətta əllərindən gələn hər şeyi edərlər ki, onları yoldan çıxarsınlar və onlarla o şəxs dostluq edə bilər ki, xasiyyəti onlarınkına oxşasın. Bax buna görə Allah buyurur ki, əgər insan onlarla dostluq edirsə, onda o, onlardan biridir. Onlarla yaxın və mehriban dostluq insanı onların dinini qəbul etməyə sövq edir, azacıq dostluq münasibətləri isə daha yaxın münasibətlərin yaranmasına səbəb olur və bunun nəticəsində insan onlardan birinə çevrilir.
Allah zalımlıq etmək xasiyyətinə malik olan insanları doğru yola yönəltməz, onlar isə mütləq Ona qaytarılacaqlar. Bu zalımlara istənilən möcüzələrin göstərilməsinə baxmayaraq, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməyəcək və ona (ona Allahın salavatı və salamı olsun!) tabe olmayacaqlar.