"Allah... rəhmətiylə dönüb tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir." Burada haqqında danışılan tövbə Allahın neməti və rəhməti ilə quluna yönəlməsi, şəri hökm qoyması, gerçəyi şərhi və doğru yola çatdırmasıdır. Bunların hamısı uca Allahın tövbəsidir. Bunların yanında qulların tövbəsini qəbul etmək və günahın izlərini silmək də Allahın tövbəsidir.
"Allah biləndir, hikmət sahibidir." cümləsi, ayənin bütün cümlələri ilə əlaqəlidir. Əgər bu məzmuna cümləsinin ayənin yalnız son cümlələri ilə əlaqəli olması istənsəydi, zahire görə "Allah bağışlayandır, əsirgəyəndir." cümləsi ən uyğun ifadə olardı.