Eldənizlər



Yüklə 297,53 Kb.
səhifə1/7
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113507
  1   2   3   4   5   6   7
tarıx



Eldənizlər


həmçinin Eldəgəzlər,[10] İldənizlər[11] (türk. İldenizli Atabeyliği) və ya Azərbaycan Atabəyləri (fars. اتابکان آذربایجان‎, translit. Atabakan-e Āzarbayjan) — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqıİranı və Cibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsasının qoyulması qıpçaq əsilli Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları ArranAzərbaycanŞirvanCibəlHəmədanGilanMazandaranİsfahanReyMosulKirmanFarsXuzistanAxlatƏrzurum və Marağa torpaqlarını əhatə edirdi.[12]
Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə Sultan Arslanşahın ölümündən sonra onun 7 yaşlı oğlu III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı.[13] Atabəy Cahan Pəhləvan tərəfindən mərkəzi hakimiyyətə qarşı üsyanlar yatırılmış və qonşuluqdakı hakim sülalələr ilə dostluq münasibətləri yaradılmışdı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi. Adı çəkilən atabəyin dövründə Eldənizlərin paytaxtı Naxçıvandan Həmədana köçürülmüşdü.[14]
Əsrin böyük şairləri Nizami və Xaqani Atabəylər dövründə yaşamışdılar. Hər iki şairin Eldəniz sarayı ilə sıx əlaqələri olmuşdur. Eldənizlər dövründə memarlıq sahəsində də bir sıra irəliləyişlər əldə edilmişdi. Arran və Naxçıvan-Marağa memarlıq məktəbləri bu dövrdə inkişaf etmişdi. Naxçıvan- Marağa memarlıq məktəbinin inkişafında Memar Əcəminin böyük rolu olmuşdur. Yusif ibn Küseyir türbəsiMöminə Xatun türbəsiGöy Günbəd türbəsiAtabəylər məscidi kimi memarlıq nümunələri Eldənizlər dövrü ilə bağlıdır.[15]
Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı Qızıl Arslan gəldi. Qızıl Arslanın dövründə paytaxt Təbrizə köçürüldü. O, ara müharibələrinə son qoydu və həmçinin özünü sultan elan edərək Azərbaycan atabəylərinin hakimiyyətini, hökm etdikləri ərazilərdə qanuniləşdirdi. 1191-ci ildə Sultan Qızıl Arslanın ölümündən sonra taxt müharibələri yenidən başladı. Bu müharibələrdə Cahan Pəhləvanın oğulları, Əbu BəkrƏmir Əmiran Ömər və Qutluq İnanc əsas rol oynayırdılar.[16]
Hakimiyyətdə olan sonuncu hökmdarlar Əbu Bəkr və Özbəyin dövründə dövlət zəifləyərək süquta sürükləndi. Hər iki hökmdar dövlət işləri ilə maraqlanmır və vaxtlarını daha çox içki məclislərində keçirməyə üstünlük verirdilər. Özbəyin dövründə Azərbaycan atabəylərinin torpaqlarının çoxu itirilmişdi, onun hakimiyyəti təkcə Azərbaycanla məhdudlaşmışdı. Nəhayət xarici basqınlara əhəmiyyət verməyən son hökmdar Özbəyin dövründə bütün Eldəniz torpaqları Cəlaləddin Məngüberdi tərəfindən işğal edildi. Ona heç bir müqavimət göstərməyən Özbək isə 1225-ci ildə Əlincə qalasında öldü.[17]


Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin