Elektrik təchizatı sistemlərinin etibarlılğının artırılması tədbirləri


Şəkil 4. Radial elektrik təchizatı və magistral elektrik



Yüklə 248 Kb.
səhifə4/5
tarix24.04.2022
ölçüsü248 Kb.
#56231
1   2   3   4   5
elektrik techizati sistemlrind etibarl

Şəkil 4. Radial elektrik təchizatı və magistral elektrik

təchizatı sxemləri

Radial sxemlərin üstünlükləri : asanlıqla hazırlanır, elektrik şəbəkəsinin istismarı etibarlı olur, cəld təsirli mühafizə və avtomatika vasitələri tətbiq edilə bilir. Bu sxemlərin nöqsanı odur ki, PY1 - PY3 gedən qidalandırıcı radial xətlərin avariya açılması zamanı bir neçə TY3-TY5 sex transformator yarımstansiyasının elektrik təchizatı pozulur. Bu nöqsanı aradan qaldırmaq üçün radial qidalanma sxemi bəzən BAY-dan eytiyyat xətti ilə tamamlanır. Həmin xətt sex yarımstansiyalarına çəkilir. Bun­dan başqa, radial sxem üzrə qidalandırma şəraitində elektrik təchizatının eti­bar­lılığını yüksəltmək üçün ehtiyatın avtomatik qoşulması tətbiq edilir. PY1 – PY2

şinlərinin seksiyalarından birinin qidalanması pozulan zaman normal açılmış seksiya açarı avtomatik bağlanır və hər iki seksiya bir xətdən qidalanır.

Elektrik enerjisini magistral sxem üzrə paylaşdırılan zaman yüksək voltlu hava xəttindən ayrı-ayrı yarımstansiyalara budaqlar ayırırlar. Yaxud kabel xəttini növbə ilə bir neçə yarımstansiyaya daxil edirlər. Gərginlik 35 kV və yüksək olduqda müəssisələrdə dərin girim sistemi üzrə alçaldıcı transformatorlar: 110/6-10 kV, 35/6 -10 kv yaxud 35/0,4 kV qurula bilər.

Magistral elektrik təchizatı sxemləri qidalandırıcı xətlərin uzunluğunu, istifadə olunan yüksəkvoltlu aparatların sayını azaltmaq hesabına əsaslı xərcləri azaltmağa imkan verir. Magistral sxemlərin çatışmayan əsas cəhəti elektrik təchizatının az etibarlı olmasıdır. Çünki magistralın zədələnməsi ondan qidalanan bütün istehlakçıların açılması ilə nəticələnir.



Yüklə 248 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin