Elektrik təchizatı sistemlərinin etibarlılğının artırılması tədbirləri



Yüklə 248 Kb.
səhifə1/5
tarix24.04.2022
ölçüsü248 Kb.
#56231
  1   2   3   4   5
elektrik techizati sistemlrind etibarl

Elektrik təchizatı sistemlərinin etibarlılğının artırılması tədbirləri ”



Elektrik enerjisinin verilmə və paylaşdırılma sxemləri

Elektrik təchizatı sisteminin əsas vəsitəsi sayılan alçaldıcı yarımstansiyaları onların ener­­getika sistemindən, təyinatından, birinci və ikinci gərginlərdən asılı olaraq rayon yarımstansiyalarına, sənaye müəssisələrinin yarımstansiyalarına, dartı ya­rıms­tansiyalarına və s.ayrılır.

Sənaye müəssisələrinin elektrik təchizatı sxemi istehsalçılarının elektrik ener­jisi ilə etibarlı və fasiləsiz təchizatı tələblərinə, müəssisədə elektrik stansiya­sı­nın olmasına, həmin elektrik stansiyasının energetika sisteminə birləşdirilə bilməsi müm­künlüyünə və elektrik təchizatı obyektinin qidalanma mənbəyinə və ener­ge­ti­ka sisteminin elektrik şəbəkələrinə nəzərən yerləşməsinə görə seçilir.

Elektrik enerjisi ilə təchizatın etibarlılığı və fasiləsizliyinə verilən tələblər­dən asılı olaraq elektrik enerjisi istehlakçıları üç qrupa bölünür:

1. Elektrik təchizatının pozulması həyat üçün təhlükəli olan, xalq təsərrüfatına xeyli zərər vura bilən, avadanlığın zədələnməsi ilə nəticələnən, məhsulu kütləvi zay edən, mürəkkəb texnoloji prosesi pozan elektrik qəbulediciləri.

2. Bu kateqoriyadan olan elektrik qəbuledicilərinin elektrik təchizatının pozulması kütləvi sürətdə mal istehsalının yarımçıq qoyur, işçilərin, mexanizm­lərin və sənaye nəqliyyatının boş dayanmasına səbəb olur, şəhər əhalisinin xeyli hissəsinin normal fəaliyyətini poza bilir.

3. Birinci və ikinci kateqoriya elektrik qəbuledicilərinə uyğun gəlməyən digər elektrik qəbulediciləri.

Birinci kateqoriya istehlakçılarının da öz xüsusi qrupu vardır. Bu qrupa aid edilən istehlakçıların elektrik təchizatının pozulması bədbəxt hadisələrlə nəticələnir. Xüsusi əhəmiyyətli dövlət idarələri, hərbi və mülki müdafiə obyektləri və s. bu xüsusi qrupa aid edilir.

Elektrik təchizatı sistemləri xarici elektrik təchizatı sisteminə və daxili elektrik təchizatı sisteminə ayrılır.

Xarici və daxili elektrik təchizatı sxemlərini istehlakçıların iş rejiminin xüsusiyyətlərini, istehsalının daha da genişləndirilə bilməsi imkanlarını, xidmətin rahat olmasını və.s nəzərə almaqla hazırlayırlar

Energetika sistemindən elektrik təchizatı. Qidalanma mənbəyindən gərgin­li­­yin qiymətindən asılı olaraq energetika sistemindən elektrik təchizatı iki sxem üz­rə həyata keçirilir:


  1. şəkil 2 –də şəklində verilmiş sxem üzrə -gərginlik 6-10 -20 kV olan zaman;

  2. ş əkil 3-də verilmişdir sxem üzrə - gərginlik 35-220 kV olan zaman.



Yüklə 248 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin