Kondensatorların birləşmələri
Kondensatorlar üç cür birləşə bilərlər: ardıcıl, paralel, qarışıq.
Ardıcıl birləşmə
Kondensatorların ardıcıl birləşməsi elə birləşməyə deyilir ki, bu birləşmədə birinci kondensatorun mənfi yüklü lövhəsi, ikincinin müsbət yüklü lövhəsinə, ikincinin mənfi yüklü lövhəsi üçüncünün müsbət lövhəsinə və s.bu qayda ilə birləşmiş olur.
Şəkil1. Kondensatorları ardıcıl birləşməsi
Kondensatorları ardıcıl birlədirdikdə (şəkil1) ayrı-ayrı kondensatorların lövhələrində toplanan elektrik yükləri qiymətcə bir-birinə bərabər olur.
Q= Q1=Q2=Q3 (1)
Dövrələrin sıxaclarındakı ümumi gərginlik ayrı- ayrı kondensatorların gərginlikləri cəminə bərabərdir.
U=U1+U2+U3 (2)
C = - düsturuna əsaslanaraq
; ;
Burada ümumi tutumu ifadə edir.
Bu gərginlikləri (2) ifadəsində nəzərə alsaq +
Buradan + (3) alınar.
Yəni, kondensatorların ardıcıl birləşməsində ümumi (ekvivalent) tutumun tərs qiyməti ayrı- ayrı kondensatorların tutumlarının tərs qiymətlərinin cəmi- nə bərabərdir.
İki kondensatorları ardıcıl birləşəndə ümumi ekvivalent tutum
(4)
Eyni tutumlu n sayda kondensatorlar ardıcıl birləşəndə ümumi ekvivalent tutum
olar.
Paralel birləşmə
Kondensatorları paralel birləşməsi elə birləşməyə deyilir ki, bu birləşmədə bütün kondensatorlar enerji mənbəyinin sıxaclarına qoşulur (şəkil2).
Şəkil2. Kondensatorları paralel birləşməsi
Kondensatorları paralel birləşməsində bütün kondensatorlardakı gərginliklər eyni olur.
U=U1=U2=U3 (1)
Əgər kondensatorların tutumları müxtəlifdirsə, eyni gərginlikdə onların lövhələrində toplanan yük də müxtəlif olur. Bu halda kondensatorların ümumi elektrik yükü ayrı- ayrı kondensatorların elektrik yüklərinin cəminə bərabərdir.
Q = Q1+Q2+Q3 (2)
Hər bir kondensatordakı yük C = düsturundan
= U (3)
Yüklərin qiymətlərini (2) ifadəsində nəzərə alsaq
U
Buradan (4)
alınar, yəni kondensatorların paralel birləşməsində ümumi (ekvivalent) tutum ayrı- ayrı kondensatorların tutumlarının cəminə bərabərdir.
Tutumları C olan n sayda kondensator paralel birləşəndə ümumi ekvivalent tutum
= nC olar.
Qarışıq birləşmə
Şəkil1. Kondensatorların qarışıq birləşməsi
Kondensatorları qarışıq birləşməsi elə birləşməyə deyilir ki, bu birləşmədə həm ardıcıl, həm də paralel birləşən kondensatorlar olur (şəkil 1).
Bu dövrənin ekvivalent tutumunu tapmaq üçün tutumların ardıcıl və paralel birləşməsindəki hesabat düsturlardan istifadə etmək lazımdır. Sxemdən görünür ki, C2 və C3 kondensatorları paralel birləşib. Bu iki kondensatorun tutumunu bir ekvivalent tutumla əvəz edək. Paralel birləşmənin düsturuna əsasən
C2,3=C2+C3 olar.
Alınan sxemdə (şək.1 b) C2,3 və C1kondensatorları ardıcıl birləşib. Onları ekvivalent tutmla əvəz edək. Ardıcıl birləşmənin düsturuna əsasən
Cekv= C1,2,3 = olar.
Alınan ekvivalent tutuma əsasən ekvivalent sxem şəkil1d-dəki kimi olacaqdır.
Dostları ilə paylaş: |