P L A N 1.Giriş
2.Ultrabənövşəyi şüalar
3. Rentgen şüaları
4. Qamma şüalanma
5. İnfraqırmızı şüalanma
6.Radio dalğaları
Giriş Elektromaqnit dalğaları — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır.
Elektromaqnit dalğalarının yayılma sürəti - sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq - dalğa uzunluğu 0,4mkm÷0,76 mkm (1mkm=10-6m) intervalında olan elektromaqnit dalğalarıdır.
Ultrabənövşəyi şüalar - dalğa uzunluğu 4·10-7÷4·10-9m intervalında yerləşən elektromaqnit dalğalarıdır.
Rentgen şüaları - dalğa uzunluğu 2·10-9÷6·10-10m intervalında yerləşən elektromaqnit dalğalarıdır.
ɣ(qamma) şüalanma - dalğa uzunluğu 10-11÷10-13m intervalında olan elektromaqnit dalğalarıdır. ɣ - şüaları güclü ionlaşdırıcı təsirə malik olduğuna görə canlı orqanizmlər üçün təhlükəlidir və hətta qısa müddətdə qəbul edilən yüksək doza ölümlə nəticələnə bilər.
İnfraqırmızı şüalar - dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olub 5·10-4÷7, 6·10-7m intervalında yerləşən elektromaqnit dalğalarıdır.
Radio dalğaları - dalğa uzunluğu 3000m÷5·10-5m intervalında olan dalğalardır. Elektromaqnit dalğaları şüalananda və udulanda özünü zərrəciklər( fotonlar) seli kimi aparır,yəni ikili təbiətə malikdir. Radio dalğaların dalğa uzunluğu radiotexnikada aşağıdakı kimi qruplaşdırılr:
Uzun dalğalar - dalğa uzunluğu 30000–3000 m olan dalğalardır.
Orta dalğalar - dalğa uzunluğu 3000–200 m olan dalğalardır
Qısa dalğalar - dalğa uzunluğu 200–10 m olan dalğalardır.
Ultraqısa dalğalar - dalğa uzunluğu 10-0,1 mm olan dalğalardır.