üçün məqbul müddət ərzində tələb olunan məlumatları əldə
etmək imkanının pozulmasıdır.
Nəticə
ESDS təhlükəsizliyi ancaq sənədlərin təhlükəsizliyi və əlyetərliklə məhdudlaşmır. Burada sistemin aparat vasitələrinin, kompüterlərin, sistemin fəaliyyət göstərdiyi şəbəkə mühitinin qorunması, verilənlərin ötürmə kanallarının qorunması və s. də ciddi məsələlərdəndir. Ona görə də kompleks tədbirlərin görülməsi təhlükəsizliyin bütün səviyyələrində xüsusi rol oynayır. Təəssüflər olsun ki, çox vaxt ona etinazsızlıq göstərirlər. Pis təşkilatçılıq ən müasir texniki tədbirləri belə sıfıra endirə bilər.
Elektron və rəqəmsal imza
Elektron imza nədir?
Elektron imza bizim Virtual məkandakı imzamızdır. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə real mühitdə hasısa xidmət üçün istənilən quruma gedərkən bizdən şəxsiyyət vəsiqəmizi tələb edirlər, virtual məkanda isə bizim şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatımızdır.
Elektron imza nə üçündür?
Elektron imza elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza vasitəsi tələb edən elektron xidmətlərdən istifadə etmək üçündür.
Elektron imzadan kimlər istifadə edə bilər?
· vətəndaşlar,
· fiziki şəxslər
· hüquqi şəxslər
· dövlət qurumları
Elektron imza sertifikatı hansı daşıyıcılarda olur?
Smart Kart daşıyıcıda – Elektron imza sertifikatları kartda təqdim olunur.
Elektron imza kartının oxunması üçün kart oxuyucu əldə olunmalıdır. Bu kart oxuyucular bütün smart kartların oxunmasında istifadə oluna bilər.
USB daşıyıcıda – Elektron imza sertifikatları USB formasında olan Tokenlər vasitəilə də təqdim olunur.