Sifariş edəcəyi sertifikatı (Vətəndaş; Fiziki şəxs; Hüquqi şəxs; Dövlət işçiləri) və daşıyıcını (Smart Kart; USB token) müəyyənləşdirən vətəndaş, sahibkar,yaxud dövlət qulluqçusu sənədlərini toplayaraq ona rahat olan aşağıdakı üsullardan birinə müraciət etməklə sifariş edə bilər.
1. www.e-imza.az və ya www.e-gov.az saytı üzərindən online müraciət etməklə
2. "Şəbəkə" xidmət mərkəzlərindən
3. Elektron imza qeydiyyat məntəqəsi (Dilarə Əliyeva küç. 185)
4. Azərpoçt MMC-nin poçt filiallarından
5. ASAN xidmət mərkəzlərindən ( MİDA xidməti)
Müraciət etdikdən sonra 3 iş günü ərzində sifariş edilən elektron imza sertifikatı hazır olur.
Elektron imzanın üstünlükləri
Bütünlük – E-imza ilə imzalanmış elektron sənədin bütünlüyü qorunur
Gizlilik – Elektron imza ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərilir
İnkar edilməzlik – Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür
Təhlükəsizlik – Elektron imza beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Elektron imza ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.