Elektron hökümət xidmətləri



Yüklə 17,44 Kb.
tarix15.01.2023
ölçüsü17,44 Kb.
#79285
Belge


Elektron hökümət xidmətləri
Dünya təcrübəsində müasir texnologiyaların tətbiqini genişləndirməklə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas vasitəsi “Elektron hökümət”in formalaşdırılmasıdır. Bu reallıqdan irəli gələrək Azərbaycan Respublikasında da «Ehökumət»in tətbiqi üzrə intensiv işlər aparılmaqdadır. “E-hökümət”in mühüm tərkib hissəsi olan dövlət informasiya sistemləri və resurslarının yaradılması, inteqrasiyası və təhlükəsizliyinin təmin edilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində exidmətlərin göstərilməsi, habelə bu sahədə peşəkar mütəxəssislərin hazırlanması müvafiq standartlar bazasının yaradılmasını şərtləndirir. Bu səbəbdən informasiya təhlükəsizliyi və informasiya texnologiyaları terminologiyası milli standartların hazırlanması prioritet istiqamət kimi müəyyənləşdirimişdir. TK 05 tərəfindən qeyd olunan sahələrdə mövcud beynəlxalq standartlara əsasən hazırlanmış Azərbaycan milli standartları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınaraq tətbiq olunmaqdadır
• AZS 419-2010 (ISO/IEC 2382-1) “İnformasiya Texnologiyaları.
Hissə 1. Əsas terminlər”,
• AZS 420-2010 (ISO/IEC 2382-8) “İnformasiya Texnologiyaları. Hissə 8. Təhlükəsizlik”,
• AZS 421-2010 (ISO/IEC 2382-9) “İnformasiya Texnologiyaları. Hissə 9. Verilənlərin ötürülməsi”, • AZS 422-2010 (ISO/IEC 2382-17) “İnformasiya Texnologiyaları. Hissə 17. Verilənlər bazaları”,
• AZS 423-2010 (ISO/IEC 2382-25) “İnformasiya Texnologiyaları. Hissə 25. Lokal şəbəkələr”, • AZS 424-2010 (ISO/IEC 2382-27) “İnformasiya Texnologiyaları. Hissə 27. Ofisin avtomatlaşdırılması”, • AZS 643-2012 (ISO/IEC 2382-7:2000) “İnformasiya Texnologiyaları. Hissə 7. Kompüter proqramlaşdırılması”,
• AZS 644-2012 (ISO/IEC 2382-28:1995) “İnformasiya Texnologiyaları. Hissə 28. Süni intellekt – Əsas anlayışlar və ekspert sistemləri”,
• AZS 645-2012 (ISO/IEC 2382-34:1999) “İnformasiya Texnologiyaları. Hissə 34. Süni intellekt – Neyron şəbəkələri” • AZS 324-2008 (ISO/IEC 27002-2005) İnformasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə əməli qaydalar.
• AZS 325-2008 (x.509) İnformasiya Texnologiyaları – Açıq Sistemlərin Qarşılıqlı Əlaqəsi – Direktoriya: Açıq açar və atributlar sertifikatı infrastrukturu. • AZS 356.1-2009 (ISO/IEC 15408-1:2005) İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 2)
• AZS 356.2-2009 (ISO/IEC 15408-2:2005) İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 2)
• AZS 356.3-2009 (ISO/IEC 15408-3:2005) İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 3) • AZS 492-2010 (ISO/IEC 27005-2008) İnformasiya texnologiyaları – Təhlükəsizlik metodları – İnformasiya təhlükəsizliyi risklərinin idarə olunması • AZS 493-2010 (ISO/IEC TR 18044-2007) İnformasiya texnologiyası – Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri – İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması”
• AZS 494-2010 (ISO/IEC 27001-2005) İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər
• AZS 495-2010 Azərbaycan əlifbası hərflərinin dildən asılı klaviatura düzümü • AZS 496-2010 Azərbaycan əlifbası hərflərinin dildən asılı olmayan klaviatura düzümü • AZS 497-2010 (ISO/IEC 11770-1) İnformasiya texnologiyaları – Təhlükəsizlik metodları – Açarların idarə olunması. Hissə 1: Struktur • AZS İSO/İEC 27000-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük" • AZS İSO/İEC 27003-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi üzrə təlimat" • AZS İSO/İEC 27004-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi. Ölçmə" 45
• AZS İSO/İEC 27006-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərinin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlar üçün tələblər"
• AZS İSO/İEC 27033-1-2012 "İnformasiya təhlükəsizliyi - Təhlükəsizilik metodları. İT şəbəkə təhlükəsizliyi. Hissə 1: İcmal və anlayışlar" • AZS ETSI EN 300 744 -2012 Rəqəmli Videoyayım (DVB); Rəqəmli yerüstü televiziya üçün kadr strukturu, kanal kodlaşması və modulyasiya.
AZS IEC 62216-2013 DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri. • AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” • AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Dövlət orqanlarında müasir İKT-nin tətbiqi ilə idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi, təqdim olunan elektron xidmətlərin keyfiyyətinin və istifadəsinin artırılması, vətəndaşların dövlət idarəçiliyində iştirakı üçün münasib şəraitin yaradılması bu istiqamətin əsas məqsədlərindəndir. Bu istiqamətin məqsədlərinə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur: -“elektron hökumət” infrastrukturu tələbata uyğun inkişaf etdirilməklə, dövlət 46 orqanları arasında səmərəli və təhlükəsiz informasiya mübadiləsinin təmin olunması; - dövlət orqanlarında informasiya ehtiyatlarının müəyyənləşdirilmiş tələblərə və standartlara uyğun olaraq elektron formaya keçirilməsi və bunun əsasında “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi ilə elektron xidmətlərin göstərilməsi; - sosial-iqtisadi inkişafın prioritet sahələrində, o cümlədən kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrdə İKT və elektron hökumət həllərinin tətbiqinin genişləndirilməsi; - dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişləndirilməsi və sənədlərlə elektron formada işi təmin etmək üçün digər zəruri sistemlərin (arxivləşdirmə, təhlillər, hesabatlar və s.) tətbiqinin təmin edilməsi; - dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi; - “Elektron hökumət” portalının inkişaf etdirilməsi, o cümlədən “şəxsi kabinet”in və dövlət orqanlarına vahid müraciət imkanının yaradılması, “mobil hökumət” texnologiyalarının tətbiqi; - yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarında elektron xidmətlərin təşkili; - elektron xidmətlərin əlçatarlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi; - elektron və mobil imzanın, həmçinin elektron ödənişin tətbiqinin genişləndirilməsi; - vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi; - əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin İKT biliklərinin artırılması üçün keçirilən təlimlərin genişləndirilməsi.[35]
Yüklə 17,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin