Şəkil 3. İki linzalı elektron projektorunun quruluşu.
Birinci linza (A1) katodun (K) kiçildilmiş xəyalını, daha zəyif olan ikinci linza (A2) isə linzalar arasında dəstənin ən kiçik en kəsiyinin xəyalını ekranda (F) formalaşdırır. Belə sxem, emitterin radiusu 1 mm olduqda ekranda 0,1 mm radiuslu ləkə (xəyal) almağa imkan verir.
Birinci linza immersion obyektivdir və o, ancaq elektrostatik olmalıdır, çünki linzanın sahəsi elektronları sürətləndirməlidir. İkinci linza kimi adətən maqnit linzasından istifadə edilir, çünki onun aberrasiyaları elektrostatik linzalarla müqayisədə kiçikdir.
Elektronlar katoddan istilik sürətləri ilə çıxır və buna görə də katodun xəyalını istənilən qədər kiçik ölçüdə almaq mümkün deyil (şəkil 4)
Dostları ilə paylaş: |