Şəkil 6. Ekrana düşən dəstənin fokusunda parlaqlığın paylanması. Fokusda cərəyan sıxlığının və en kəsiyində parlaqlığın paylanmaları eyni eksponensial qanuna tabedur:
. (2)
Burada Bo – ləkənin mərkəzində parlaqlıq, b – isə sabit kəmiyyətdir.
Dəstə cərəyanının qiyməti artdıqda o, genişlənir. Bu zaman apertur bucaqları da böyüyür. Nəticədə, proyeksiya linzasının aberrasiyalarının artması ayırdetmə qabiliyyətinin azalmasına səbəb olur. Maqnit fokuslandırma ilə projektorlarda cərəyanın artırılması zamanı ayırdetmə qabiliyyətinin kiçilməsi, elektrostatik sistemlərdəki ilə müqayisədə zəifdir. Ayırdetmə qabiliyyətinin (D*) cərəyandan (İd) asılılığı təcrübədə alınır (şəkil 7)