Elektron-şüa boruları Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB



Yüklə 145,58 Kb.
səhifə10/23
tarix02.01.2022
ölçüsü145,58 Kb.
#45880
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
UNEC 1634457644.docx

Rəngli kineskoplar. İş prinsipi ona əsaslanmışdır ki, istənilən rəngi və çaları üç rəngin: qırmızı, göy və yaşıl rənglərin qarışdırılması ilə almaq olar. Ona görə də rəngli kineskoplar üç elektron topuna və bir ümumi meyl etdirmə sisteminə malikdirlər. Ekran hər biri qırmızı, göy və yaşıl rənglərlə işıqlanan üç lüminofor özəyindən ibarət olan ayrı-ayrı sahələrə malikdir. Bu özəklərin ölçüləri o qədər kiçikdir və onlar biri-birinə o qədər yaxın yerləşmişdir ki, onların işıqlanması gözlə ümumi qəbul olunur.

Rəngli kineskopların qurulmasının ümumi prinsipi. Ümumiyyətcə kineskoplarda istifadə olunan meyletdirici sarğaclar sətir kadr açılışı sarğacları adlanırlar. Sətir açılışı sarğacından mişarvari cərəyan impulse keçdikdə şüa (rəngli kineskopda şüalar) ekranda sətir adlanan üfüqi xətt çəkir. Sonra kadr açılışı sarğacından axan cərəyanın impulsunun təsiri ilə şüa təqribən sətrin eni qədər sürüşür və sətir sarğacının cərəyanının təsiri ilə növbəti sətri çəkir və bu qayda ilənövbəti sətirlər çəkilir, nəticədə isə rastr adlanan kineskopun ekranının tam işıqlanması əmələ gəlir. Sətirlərin ümumi sayı 625 təşkil edir. Televizorun qəbuledicisi tərəfindən emal edilmiş faydalı siqnal katoda, yaxud, modulyatora daxil olur, şüanın işıqlığını dəyişdirir, və bu hesaba ekranda təsvir formalaşır.


Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin