Elektron-şüa boruları Elektrostatik idarəli EŞB. Elektromaqnit idarəli EŞB


Torla idarə edilmə əsasında oxuma



Yüklə 145,58 Kb.
səhifə18/23
tarix02.01.2022
ölçüsü145,58 Kb.
#45880
1   ...   15   16   17   18   19   20   21   22   23
UNEC 1634457644.docx

Torla idarə edilmə əsasında oxuma - halında hədəfin səthindəki potensial relyef lokal elektrik sahələri yaradır və bu sahələr səthin yaxınlığından keçən elektronlara təsir edir. Dəstənin elektronları hədəfə düşmür və potensial relyef hamarlanmır. Buna görə də yazılmış məlumat dəfələrlə oxuna bilir.

Yazılmış siqnalın yüklərin yenidən paylanması üsulu ilə oxumasında - ikinci elektronların bir qismi kollektora keçir, digər qismi isə hədəfə qayıdır. Buna görə də potensial relyef tam hamarlanmır.

Yaddaşlı boruların növlərindən biri də maneə torlu yaddaşlı borulardır. Bu boruların bir elektron projektoru var və o, E=1000 eV enerjisi ilə fokuslandırılmış dəstəni yaradır (şəkil 12). Dielektrik hədəf metal lövhənin üzərində yerləşir. Borunun daxili səthindəki keçirici örtük kollektor rolunu oynayır. Hədəfin qarşısında kollektorun potensialından yüzlərlə volt kiçik potensiala malik tor yerləşir. Tordan keçən ikinci elektronlar kollektor dövrəsində faydalı siqnalı yaradır, sürətsiz elektronlar isə hədəfin həmin nöqtəsinə qayıdır. Beləliklə, potensial relyef hamarlanmır. Maneə tor nazik paralel tellərdən hazırlanır. Həmın tellərin sayı ekrandakı sətirlərin sayına bərabərdir. İlkin tarazlı potensial təxminən torun potensialına bərabər olur (s > 1). Tarazlı yazma rejimində giriş siqnalı lövhəyə verilir, çıxış məlumatı isə kollektorun dövrəsində alınır. Yazma zamanı hər nöqtənin yükü hədəf və siqnal lövhəsinin arasındakı ani potensiallar fərqindən asılı olur. Oxuma






Yüklə 145,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin