Qeyri-tarazlı yazmada siqnal lövhəsinə kollektorun ilkin potensialından çox fərqlənən potensial verilir. Modullaşdırılmış elektron şüası hədəfin elementlərinin potensiallarını tarazlıq qiymətindən sürüşdürür və səth üzərində potensial relyef əmələ gəlir.
Keçiriclik hesabına yazma sürətli elektronlar dəstəsi ilə (E 10 keV) nazik (0,5-1 mkm) dielektrik təbəqələrin şüalandırılması zamanı həmin təbəqələrdə keçiriciliyin əmələ gəlməsinə əsaslanır. Bu üsulda siqnal lövhəsinin potensialını ilkin qiymətinə nəzərən dəyişirlər. Modullaşdırılmış dəstənin düşmə nöqtəsində potensial, lövhənin potensialına bərabər olur, nəticədə relyef alınır.
Giriş siqnalı borunun müxtəlif elektrodlarına (projektorun modulyatoruna; meyletdirici sisteminə; projektorun anoduna, eləcə də kollektora və ya siqnal lövhəsinə) verilə bilər
Dielektrikin üzərində yazılmış faydalı informasiyanın oxunması prosesi yenidən yüklənmə, torla idarə edilmə və yüklərin yenidən paylanması hesabına təmin edilir.
Yenidən yüklənmə ilə oxumada meyl edilən elektron şüası elementar kondensatorları boşaldır və hədəf elementlərin potensiallarının tarazlıq qiymətinə uyğun hala gəlir. Boşalma zamanı siqnal lövhəsinin dövrəsində tutum cərəyanı axır və çıxış siqnalı yaranır. Hədəfdən kollektora qayıdan ikinci elektronların hesabına kollektorun dövrəsində çıxış siqnalı alına bilər. Elektron dəstəsinin cərəyanı böyük deyilsə, relyef tam hamarlanmır və yazılmış informasiya bir neçə dəfə oxuna bilir.
Dostları ilə paylaş: |