Şəkil 11. Hədəfin potensialının onun
üzərinə düşən elektronların enerjisindən asılılığı.
Elektron şüasının enerjisinin müxtəlif qiymətlərində ekranın potensialı da müxtəlif olur. Dielektrikin üzərində informasiyanı yazmaq üçün aşağıdakı üsüllardan istifadə edilir: tarazlı, bistabil, qeyri-tarazlı, keçiricilik.
Tarazlı yazma halında elektronların enerjisi eUb1-dən kiçik və yaxud eUb2 - dan böyük götürülür. Modullaşdırılmış dəstə meyl ediləndə hədəfin nöqtələrində tarazlı potensial və yaxud sıfır alınır. Faydalı siqnal katoda verilərsə, hədəfin nöqtəsində katodun potensialına bərabər potensial alınar. Ancaq bu potensial kollektora nəzərən dəyişən olur. Başqa sözlə, hədəfin üzərində giriş informasiyasına uyqun potensial relyef əmələ gəlir.
Yazılan informasiya ikilik sistemində ifadə olunduqda bistabil yazma tətbiq edilir. Hədəfin potensialı bir-birindən çox fərqlənən iki qiymətə malik ola bilər. Dəstənin enerjisini Eb1-dən E>eUb2-dək, yaxud Eb2-dən E>eUb2-dək dəyişmək olar. Bunlara uyğün olaraq, hədəfin potensialı sıfırdan Ua-dək, yaxud Ua-dan Ub2-dək dəyişir.
Dostları ilə paylaş: |