Delta-kineskoplarda projektorlar bərabərtərəfli üçbucağın təpələrində yerləşir və oxa 1o bucaq altında yönəlir. Ekrandan 12 mm məsafədə nazik kölgə maskası yerləşdirilir. Metal maska elektron şüalarının qonşu ləkələr üzərinə düşməsinin qarşısını almağa xidmət edir. Maskada 0,25 mm-lik deşiklərin sayı 550000-ə bərabərdir. Ekranın kənarında şüaların ayrılmasının qarşısını almaq üçün statik və dinamik maqnit sistemlərindən istifadə edilir (şəkil 10)
Şəkil 10. Elektron şüasının tənzimlənməsi üçün tətbiq edilən statik və dinamik maqnit sistemləri.
Bu sistemdə sabit maqnitin vəziyyətini dəyişməklə elektron dəstələrini (şualarını) radial istiqamətdə sürüşdürmək mümkündür. Şüalararı dinamik yaxınlaşdırmaq üçün makaralardan xüsusi formalı kadr və sətir tezlikli cərəyanlar axıdırlar. Bundan başqa, təmiz rəng almaq üçün şüa borusunun üzərində iki maqnit halqa yerləşdirilir.