Şəkil 13. İki kameralı parlaqlıq gücləndiricisi.
E1 və E2 – ekranlar, FK2- isə fotokatoddur.
Bu cihazda istifadə edilən lüminoforun tərkibi gümüş atomları ilə aşqarlanmış ZnS təbəqəsindən (ZnS∙Ag) ibarətdir və onun maksimal parlaqlığı spektrin mavi oblastındadır. SbCs tərkibli fotokatodun da həssaslığı həmin oblastdadır.
İki kameralı EOÇ-də işıq selinin gücləndirilməsi 103, üç kameralı cihazda isə -104 tərtibindədir.
Şüşə lövhədə işığın səpilməsi səbəbindən ayırdetmə qabiliyyəti yüksək olmur. Ayırdetmə qabiliyyətini artırmaq üçün lifli optikadan istifadə olunur. Liflərin diametri 5-6 mkm olduqda ayırdetmə hər 1 mm-də onlarla cüt qiymətinə çatır.
Dostları ilə paylaş: |