Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına
Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllimi Əliyev Nəsimi Qaraş o.
“Elektron Təhsil” müsabiqəsi üçün
Fənn: Azərbaycan dili
Mövzu: Söz birləşməsi
Sinif: VIII
Link: https://drive.google.com/open?id=0ByXGRcvmS2bmOXBCOWN3azU5MU0
İşin təsviri
-
Səhifə 1-2. Titul səhifəsi . Müəlliflə yanaşı fənn, sinif, mövzu, məqsədlə tanışlıq məqsədi daşıyır.
-
Səhifə 3. Menyu
-
Səhifə 4. Motivasiya.
Verilmiş hərflər, söz, söz birləşməsi və cümləyə əsasən sual işarəsinin yerində yazılacaq ifadələri təxmin edin. ” ?” simvoluna toxunmaqla cavabın doğruluğu yoxlayın.
-
Səhifə 5. Bu səhifədəki video resursda müəllimin izahı “Söz birləşməsi” mövzusu ilə bağlı müəllimin izahı yerləşdirilmişdir.( Öyrədici məqsədi daşıyır.)
-
Səhifə 6. Pazzlı qurun, alınmış şəklə aid söz birləşmələri yaradın və ekranın sağ tərəfindəki lövhəni çəkərək üzərində qeyd edin.
6. Səhifə 7. Bu səhifədə qrup işlərinə keçid verilmişdir.Qrupların adlarına toxunmaqla interaktiv tapşırıqlarla tanış olmaq olar.
7.Səhifə 8-11. Qruplara verilən interaktiv tapşırıqlar
a)Ekranın sağ tərəfindəki rəqəmlərə toxunmaqla interaktiv tapşırıqlarla tanış olun.
b) Zərfin içindəki sözləri çıxarıb ardıcıl yerləşdirin və cavabların doğruluğunu yoxlayın.
8.Səhifə 12.
Səhifənin sağ tərəfindəki yaşıl və qırmızı fonda şkalanı yuxarı-aşağı hərəkət etdirməklə sözləri uyğunlaşdırıb söz birləşmələri qurun.
9.Səhifə 19
Verilmiş sözləri yerinə çəkməklə söz birləşmələrini bərpa edin. Nida işarəsini vurmaqla növbəti tapşırığa və cavaba baxmaq olar. O zaman həmin hissədən cavı da yoxlamaq mümkündür.
10.Səhifə 20
Mürəkkəb adlara uyğun şəkillər verilmişdir. Şəkillərin üzərinə gəlməklə adlarına baxmaq olur. Hər şəkilə uyğun mürəkkəb adın formalarını yazıları hərəkət etdirməklə müvafiq yerdə yerləşdirmək olur. Sonra qeyd üçün ayrılmış hissədə qeydlər aparılır.
11.Səhifə 21
Söz birləşməsi ilə sözün oxşar və fərqli xüsusiyyətlərini müqayisəsi verilib. Venn dioqramı vasitəsilə Söz birləşməsi ilə sözün oxşar və fərqli xüsusiyyətləri müvafiq hissələrdə qeyd edilir.
12.Səhifə 22
Mövzuya uyğun testlər yerləşdirilmişdir. Testə başla düyməsini vurmaqla testə başlanılır. Toplamış ballar avtomatik hesablanır.
13.Səhifə 23
Bu keçiddən istifadə etmək üçün kompüterinizdə internet əlaqəsi olmalıdır. Keçidin üzərində vurmaqla milli kitabxananın səhifəsinə daxil olub Cəlil Məmmədquluzadənin "Ana dili" hekayəsindən söz birləşmələrini seçib qeyd üçün ayrılmış hissədə qeyd etmək lazımdır. Oflayn rejimdə işləmək üçün PDF faylından istifadə edilir.
14.Səhifə 24
Bu keçid üçün internet lazımdır. Keçidə daxil olub www.video.edu.az saytından mövzuya aid məlumatı izləmək olar.
15.Səhifə 25
Şagirdlər cədvələ əsasən meyarlar əsasında səviyyələrə uyöun qiymətləndirilir.