2
«2202.01 – Elektromaqnetizm» ixtisası üzrə doktoranturaya qəbul
imtahanından ixtisas fənnin
Proqramı
Giriş. Elektromaqnetizmin əsas bölmələri. Fəsillərə daxil olan mövzuların ar-
dıcıllığında birinin digərinin tamamlaması nəzərə alınmışdır.
Elektrostatik sahənin intensivliyi. Superpozisiya prinsipləri.
Elektrik sahəsinin
induksiyası, induksiya seli. Qauss teoremi. Qauss teoreminə əsasən bərabər
yüklənmiş müstəvinin və naqilin elektrik sahəsinin hesablanması. Qauss teoreminə
əsasən bərabər yüklənmiş kürənin və silindrin elektrik sahəsinin hesablanması.
Ostroqradski-Qaus teoremi. Puasson tənliyi.
Elektrik dipolu bircins və qeyri-bircins elektrik sahəsində. Elektrostatik sahədə
görülən iş. Elektrostatik sahənin potensialı və potensiallar fərqi. Elektrik sahəsinin
enerjisi. Elektrostatik sahənin potensialı- sahənin potensialı ilə intensivliyi arasında
əlaqə. Nöqtəvi yükdən müəyyən məsafədə elektrik sahəsinin potensialı.
Sferik kondensatorun potensialı. Müxtəlif formalı kondensatorun potensialı.
Elektrik sahəsinin əsas məsələsi. Elektrostatikanın ümumi məsələsi. Laplas tənliyi.
Elektrik tutumu. Kondensatorlar. Müxtəlif formalı kondensatorların elektrik tutumu.
Yüklənmiş kondensatorun enerjisi.
Dielektriklər elektrostatik sahədə. Dielektriklərin polyarlaşması və polyarlaşma
vektoru. Dielektriklərin polyarlaşmasının elektron nəzəriyyəsi.
Qeyri-polyar
dielektriklərin dielektrik nüfuzluğu. Polyar dielektriklərin dielektrik nüfuzluğu.
Seqnetoelektriklər. Pyezoelektrik effekt. Dielektriklərdə elektrik sahəsinin enerjisi.
Sabit elektrik cərəyanınm xarakteristikası. Dövrə hissəsi üçün Om qanunu və
diferensial şəkildə ifadəsi. Tolmen təcrübələri. Metalların elektron nəzəriyyəsinin
əsas anlayışları. Elektrik keçiriciliyinin elektron nəzəriyyəsi. Zommerfeld
nəzəriyyəsi. Yükün miqdarının ölçülməsi. Ballastik qalvanometr.
Müqavimətin
ölçülməsi. Müqavimətin temperaturdan asılılığı.
Cərəyan mənbəyinin e.h.q.-si və sıxaclarındakı (qütblərindəki) gərginlik.
Budaqlanmış dövrələr. Kirxhof qaydaları. Elektrik sahəsi üçün enerjinin saxlanması
qanunu.
Kvazistasionar cərəyanlar. Maqnit sahəsi. Cərəyanların maqnit qarşılıqlı təsiri.
Maqnit sahəsinin induksiyası. Bio-Savar-Laplas qanunu. Maqnit sahəsinin
intensivliyi və qüvvə xətləri. Maqnit sahəsinin burulğanlı xarakteri. Maqnit
gərginliyi. Toroidal sarğacın və solenoidin maqnit sahəsinin intensivliyi. Cərəyanın
maqnit momenti. Maqnit sahəsində görülən mexaniki iş. Maqnit seli. Cərəyanlı
kontur bircins və qeyri-bircins maqnit sahəsində. Hərəkət edən yükün maqnit sahəsi.
Lorents qüvvəsi.
Elektromaqnit induksiyası. Faradeyin kəşfi. Elektromaqnit induksiyasının əsas
qanunu. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsi enerjisinin sıxlığı. Qarşılıqlı
induksiya. Qarşılıqlı induksiya əmsalının hesablanması.
Maqnetikdə maqnit induksiyası. Maqnit nüfuzluğu və maqnit qavrayıcılığı.
Maqnetiklərin növləri. Dia-para-və ferro-maqnetizm. Maqnit qarşılıqlı təsirinə
mühitin təsiri. Maqnetiklərdə molekulyar cərəyanların təbiəti.
3
Burulğanlı elektrik sahəsi. Burulğanlı cərəyanlar. Transformatorlar.
Dəyişmə
cərəyanı. Maksvell tənlikləri. Maksvell nəzəriyyəsinin əhəmiyyəti. Elektromaqnit
hadisələrində Lorens çevrilmələrinin əhəmiyyəti.
Metallarda yük daşıyıcıların təbiəti. Elektrik müqavimətinin səbəbi. Om və
Coul-Lens qanunlarının izahı. Metalların klassik elektron nəzəriyyəsi və tətbiq
olunma hüdudları. Metalların istilikkeçirməsi ilə elektrikkeçirməsi arasında əlaqə.
Xoll
hadisəsi.
Metallarda
elektronların
konsentrasiyası
və
yürüklüyü.
Yarımkeçiricilərin məxsusi və aşqar elektrik keçiriciliyi.
Termoelektron emissiya. Doyma cərəyanının temperaturdan asılılığı. Üç
elektrodlu elektron lampaları. Çoxtorlu lampalar. Vakuumda elektrik siqnallarının
gücləndirilməsi. Lampalı gücləndiricilər. Öz-özünə elektron emissiyası.
Yüklü zərrəciklərin bircinsli elektrik və maqnit sahəsində hərəkəti. Tsiklotron.
Tsiklotron rezonansı. Maqnetron. Elektron dəstələrinin əks olunması və sınması.
Elektrik və maqnit linzaları.
Faradeyin elektroliz qanunları və izahı. Elektrolitlərin elektrik keçiriciliyi.
Daşınma ədədləri. Elektrolitik ionların yürüklükləri.
Qeyri-metal bərk cisimlərin
keçiriciliyi. Qalvanik elementlər və bunların polyarizələşməsi.
Peltye hadisəsi. Daxili və xarici kontakt potensiallar fərqi. Tomson hadisəsi. İki
yarımkeçiricinin
kontaktı.
Yarımkeçirici
diodlar
və
gücləndiricilər.
Yarımkeçiricilərdə tarazlıqda olmayan elektronlar və deşiklər.
Məxsusi elektrik rəqsləri və tənliyi. Rəqslərin saxlanması. Sönmə olduğu və
olmadığı halda elektrik rəqsləri. Öz-özünə həyəcanlaşma şərti. Relaksasiya rəqsləri.
Dəyişən cərəyan. Dəyişən cərəyan dövrələrində müqavimət. Dəyişən cərəyan
dövrələrində tutum. Dəyişən cərəyan dövrələrində induktivlik. Dəyişən cərəyan üçün
Om qanunu. Gərginliklər rezonansı. Rəqslərin qərarlaşması. Dəyişən cərəyanın işi və
gücü. Cərəyanların rezonansı. Parametrik rezonans. Dəyişən cərəyanda kompleks
kəmiyyətlər və müqavimətlər.
Sərbəst elektromaqnit dalğalarının əmələ gəlməsi. Dalğa tənliyi.
Müstəvi
elektromaqnit dalğaları. Elektromaqnit dalğalarının xassələri. Elektromaqnit
dalğalarının enerjisi. Elektromaqnit dalğalarının təzyiqi. Elementar dipol və onun
şüalanması. Elektromaqnit sahəsinın impulsu və kütləsi. Hərəkət edən yükün
elektromaqnit kütləsi.
Ədəbiyyat
1. Eyvazov E.Ə. Bərk cisimlər fizikası, Bakı, Təhsil, 2003
2. Kalaşnikov S.Q.
ELEKTRIK BƏHSI
, Bakı, 2015
3. Парселл Э. Берклеевский курс физики, Электричество и магнетизм, т.2, 1971
4. Тамм И.Е.
Основы теории электричества, Москва,
ФИЗМАТЛИТ
, 2003
Ümumu fizika və fizikanın tədrisi
metodikası kafedrasının müdiri:
prof. Pənahov M.M.