«Електроника» ихтисасы цзря докторантурайа гябул имтащанындан



Yüklə 235,62 Kb.
Pdf görüntüsü
tarix10.01.2023
ölçüsü235,62 Kb.
#78873
2201.01 Elektromaqnetizm Proqram



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
BDU-nun Fizika fakültəsinin Elmi Şurasının 
“18” dekabr 2018-ci il tarixli (06/2018 saylı 
iclas protokolu) qərarı ilə təsdiq edilmişdir. 
 
 
 
BDU-nun “Ümumi fizika və 
 fizikanın tədrisi metodikası”
kafedrasının “21” noyabr 2018-ci il tarixli
(protokol 9/2018) iclası ilə tövsiyə olunmuşdur. 
 
 
 
 
 
2202.01 – ELEKTROMAQNETIZM ixtisası üzrə doktoranturaya
qəbul imtahanlarında ixtisas fənninin

 
 
P R O Q R A M I 
 
 
 
 
Fizika fakültəsinin dekanı:
 
 
prof. M.Ə. Ramazanov 
 
BDU-nun Fizika fakültəsinin 
Tədris Metod Şurasının sədri: 
 
 
prof. Ə.Ş.Abdinov 
 
 
Kafedra müdiri:
 
 
 
 
prof. M.M. Pənahov
 
 
Tərtib edən müəllim:
 
 
 
 
prof. N.F. Qəhrəmanov 
 
dos. E.Ş. Ələkbərov 
 
 
 
 
 
 
 
BAKI – 2018 



«2202.01 – Elektromaqnetizm» ixtisası üzrə doktoranturaya qəbul 
imtahanından ixtisas fənnin 
 
Proqramı 
 
Giriş. Elektromaqnetizmin əsas bölmələri. Fəsillərə daxil olan mövzuların ar-
dıcıllığında birinin digərinin tamamlaması nəzərə alınmışdır.
Elektrostatik sahənin intensivliyi. Superpozisiya prinsipləri. Elektrik sahəsinin 
induksiyası, induksiya seli. Qauss teoremi. Qauss teoreminə əsasən bərabər 
yüklənmiş müstəvinin və naqilin elektrik sahəsinin hesablanması. Qauss teoreminə 
əsasən bərabər yüklənmiş kürənin və silindrin elektrik sahəsinin hesablanması. 
Ostroqradski-Qaus teoremi. Puasson tənliyi. 
Elektrik dipolu bircins və qeyri-bircins elektrik sahəsində. Elektrostatik sahədə 
görülən iş. Elektrostatik sahənin potensialı və potensiallar fərqi. Elektrik sahəsinin 
enerjisi. Elektrostatik sahənin potensialı- sahənin potensialı ilə intensivliyi arasında 
əlaqə. Nöqtəvi yükdən müəyyən məsafədə elektrik sahəsinin potensialı.
Sferik kondensatorun potensialı. Müxtəlif formalı kondensatorun potensialı. 
Elektrik sahəsinin əsas məsələsi. Elektrostatikanın ümumi məsələsi. Laplas tənliyi. 
Elektrik tutumu. Kondensatorlar. Müxtəlif formalı kondensatorların elektrik tutumu.
Yüklənmiş kondensatorun enerjisi. 
Dielektriklər elektrostatik sahədə. Dielektriklərin polyarlaşması və polyarlaşma 
vektoru. Dielektriklərin polyarlaşmasının elektron nəzəriyyəsi. Qeyri-polyar 
dielektriklərin dielektrik nüfuzluğu. Polyar dielektriklərin dielektrik nüfuzluğu. 
Seqnetoelektriklər. Pyezoelektrik effekt. Dielektriklərdə elektrik sahəsinin enerjisi. 
Sabit elektrik cərəyanınm xarakteristikası. Dövrə hissəsi üçün Om qanunu və 
diferensial şəkildə ifadəsi. Tolmen təcrübələri. Metalların elektron nəzəriyyəsinin 
əsas anlayışları. Elektrik keçiriciliyinin elektron nəzəriyyəsi. Zommerfeld 
nəzəriyyəsi. Yükün miqdarının ölçülməsi. Ballastik qalvanometr. Müqavimətin 
ölçülməsi. Müqavimətin temperaturdan asılılığı.
Cərəyan mənbəyinin e.h.q.-si və sıxaclarındakı (qütblərindəki) gərginlik. 
Budaqlanmış dövrələr. Kirxhof qaydaları. Elektrik sahəsi üçün enerjinin saxlanması 
qanunu. 
Kvazistasionar cərəyanlar. Maqnit sahəsi. Cərəyanların maqnit qarşılıqlı təsiri.
Maqnit sahəsinin induksiyası. Bio-Savar-Laplas qanunu. Maqnit sahəsinin 
intensivliyi və qüvvə xətləri. Maqnit sahəsinin burulğanlı xarakteri. Maqnit 
gərginliyi. Toroidal sarğacın və solenoidin maqnit sahəsinin intensivliyi. Cərəyanın 
maqnit momenti. Maqnit sahəsində görülən mexaniki iş. Maqnit seli. Cərəyanlı 
kontur bircins və qeyri-bircins maqnit sahəsində. Hərəkət edən yükün maqnit sahəsi. 
Lorents qüvvəsi. 
Elektromaqnit induksiyası. Faradeyin kəşfi. Elektromaqnit induksiyasının əsas 
qanunu. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsi enerjisinin sıxlığı. Qarşılıqlı 
induksiya. Qarşılıqlı induksiya əmsalının hesablanması.
Maqnetikdə maqnit induksiyası. Maqnit nüfuzluğu və maqnit qavrayıcılığı. 
Maqnetiklərin növləri. Dia-para-və ferro-maqnetizm. Maqnit qarşılıqlı təsirinə 
mühitin təsiri. Maqnetiklərdə molekulyar cərəyanların təbiəti.



Burulğanlı elektrik sahəsi. Burulğanlı cərəyanlar. Transformatorlar. Dəyişmə 
cərəyanı. Maksvell tənlikləri. Maksvell nəzəriyyəsinin əhəmiyyəti. Elektromaqnit 
hadisələrində Lorens çevrilmələrinin əhəmiyyəti.
Metallarda yük daşıyıcıların təbiəti. Elektrik müqavimətinin səbəbi. Om və 
Coul-Lens qanunlarının izahı. Metalların klassik elektron nəzəriyyəsi və tətbiq 
olunma hüdudları. Metalların istilikkeçirməsi ilə elektrikkeçirməsi arasında əlaqə.
Xoll 
hadisəsi. 
Metallarda 
elektronların 
konsentrasiyası 
və 
yürüklüyü. 
Yarımkeçiricilərin məxsusi və aşqar elektrik keçiriciliyi.
Termoelektron emissiya. Doyma cərəyanının temperaturdan asılılığı. Üç 
elektrodlu elektron lampaları. Çoxtorlu lampalar. Vakuumda elektrik siqnallarının 
gücləndirilməsi. Lampalı gücləndiricilər. Öz-özünə elektron emissiyası.
Yüklü zərrəciklərin bircinsli elektrik və maqnit sahəsində hərəkəti. Tsiklotron. 
Tsiklotron rezonansı. Maqnetron. Elektron dəstələrinin əks olunması və sınması. 
Elektrik və maqnit linzaları.
Faradeyin elektroliz qanunları və izahı. Elektrolitlərin elektrik keçiriciliyi. 
Daşınma ədədləri. Elektrolitik ionların yürüklükləri. Qeyri-metal bərk cisimlərin 
keçiriciliyi. Qalvanik elementlər və bunların polyarizələşməsi.
Peltye hadisəsi. Daxili və xarici kontakt potensiallar fərqi. Tomson hadisəsi. İki 
yarımkeçiricinin 
kontaktı. 
Yarımkeçirici 
diodlar 
və 
gücləndiricilər. 
Yarımkeçiricilərdə tarazlıqda olmayan elektronlar və deşiklər.
Məxsusi elektrik rəqsləri və tənliyi. Rəqslərin saxlanması. Sönmə olduğu və 
olmadığı halda elektrik rəqsləri. Öz-özünə həyəcanlaşma şərti. Relaksasiya rəqsləri. 
Dəyişən cərəyan. Dəyişən cərəyan dövrələrində müqavimət. Dəyişən cərəyan 
dövrələrində tutum. Dəyişən cərəyan dövrələrində induktivlik. Dəyişən cərəyan üçün 
Om qanunu. Gərginliklər rezonansı. Rəqslərin qərarlaşması. Dəyişən cərəyanın işi və 
gücü. Cərəyanların rezonansı. Parametrik rezonans. Dəyişən cərəyanda kompleks 
kəmiyyətlər və müqavimətlər. 
Sərbəst elektromaqnit dalğalarının əmələ gəlməsi. Dalğa tənliyi. Müstəvi 
elektromaqnit dalğaları. Elektromaqnit dalğalarının xassələri. Elektromaqnit 
dalğalarının enerjisi. Elektromaqnit dalğalarının təzyiqi. Elementar dipol və onun 
şüalanması. Elektromaqnit sahəsinın impulsu və kütləsi. Hərəkət edən yükün 
elektromaqnit kütləsi. 
 
Ədəbiyyat 
1. Eyvazov E.Ə. Bərk cisimlər fizikası, Bakı, Təhsil, 2003 
2. Kalaşnikov S.Q. 
ELEKTRIK BƏHSI
, Bakı, 2015 
3. Парселл Э. Берклеевский курс физики, Электричество и магнетизм, т.2, 1971 
4. Тамм И.Е. Основы теории электричества, Москва, 
ФИЗМАТЛИТ
, 2003 
Ümumu fizika və fizikanın tədrisi
metodikası kafedrasının müdiri:
 
 
prof. Pənahov M.M. 
 

Yüklə 235,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin