Elektrotexnikanın/ Elektronikanın əsasları Səriştə əsaslı modul elektroniKA



Yüklə 124,13 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix26.12.2023
ölçüsü124,13 Kb.
#197651
1   2   3   4   5   6   7   8   9   ...   13
Mövzu 1

Tip 
Forma 
Məqsəd 
İti ağız kəlbətin 
Elektrik naqilinin əsas naqilini və ya onun hissələrini və ya naqilin 
örtüyünü çıxarmaq üçün istifadə olunur.
Uzun (iynə) 
burun kəlbətin
Naqilləri soymaq, hissələrin uclarını əymək və ya düzləşdirmək 
üçün iti ağız kəlbətinlə birlikdə istifadə olunur. 
Kiçik vintləri saxlamaq, qaykaları bərkitmək və ya boşaltmaq üçün 
istifadə olunur. 
Vintaçan
Vintləri və ya boltları bərkitmək və ya boşaltmaq üçün istifadə 
olunur. Müsbət (+) və mənfi (-) tipləri mövcuddur və boltun 
ölçüsünə uyğun olaraq istifadə olunur.
Vintburan 
Altıbucaqlı boltları və qaykaları bərkitmək və boşaltmaq üçün 
istifadə olunur. 
Boltun və qaykanın ölçüsünə uyğun olaraq istifadə olunur.
Vintaçan 
Daha s
əmərəli iş məqsədilə
fırlanan başlıqlı tipləri mövcuddur və 
kiçik ölçülü vintlərlə işləmək üçün uyğundur. Kiçik elektronik 
cihazları və onun hissələrini quraşdırarkən və ya təmir edərkən, 
tətbiq sahəsindən asılı olaraq müxtəlif formalı və ölçülü 
vintaçanlardan istifadə etmək olar.
K
eramik 
tənzimləmə 
vintaçan
Uzun və nazik tutacaqla maqnitsiz materialdan hazırlanıb. 
Nizamlayıcının tənzimlənməsi və ya tezlik xüsusiyyətlərinə həssas 
olan hissələrdə daha kiçik miqyaslı nizamlamalar üçün istifadə 
olunur.


Elektrotexnikanın / Elektronikanın əsasları
7
Lehimləmə 
dəmiri
Elektronik dövrələri quraşdırarkən vacib olan hissələri və naqilləri 
lövhəyə qoşmaq üçün qurğuşunu əridən alətdir.
Ərimə nöqtəsi aşağı olan və müxtəlif metallarla bir sıra bənzərlikləri 
və əlaqəsi olan elektronik dövrələri meydana gətirmək üçün 
qurğuşundan istifadə olunur. 
Geniş istifadə olunun çubuq dəmirin 20 ~ 30 W həcmi var və
həddən artıq qızmanın qarşısını alan keramik qızdırıcı da 
mövcuddur. 
Lehimləmə 
dəmiri altlığı
Qızmış lehimləmə dəmirini yerləşdirmək üçün altlıqdır. 
Qızmış lehimləmə dəmiri polad yastıqcıqda saxlanmalıdır. 
Lehimləmə dəmirinin ucunu təmizləmək üçün aşağıda suda 
isladılmış istilik müqavimətinə malik süngərdən istifadə edin.
Lehimsökmə 
aləti
Qurğuşunu yanlış hissəyə lehimlədikdə, onu sorma qüvvəsi ilə 
kənarlaşdıra bilərsiniz.
Qızmış lehimləmə dəmirinin ucuna həddən artıq qurğuşun 
yapışdıqda, onun sorma girişini zədələməsinə imkan verməyin.
Lehimləmə 
dəmirinin ucluq 
təmizləyicisi
Lehimləmə nəticəsində korlanmış lehimləmə dəmirinin ucluğunun 
təmizlənməsi üçün dəmir qırıntıları toplusudur. Onu təmizləmə 
çəninə qoyduqda və sürtdükdə, qalan lehim çirki təmizlənir. 
Lehimləmə 
məcunu 
(Lehimləmə
həllediciləri) 
Lehimlənən sahədə pas və ya çirk olarsa, məcunu tətbiq etməklə və 
qızdırmaqla işləmək asanlaşır. Bununla belə, məcundan az-az 
istifadə edilməlidir, çünki o turşulu hissələrdən ibarətdir, buna görə 
də iş başa çatdıqdan sonra qalan məcunu silin.
İD ayırma aləti
İD-ləri (inteqral dövrə) İD patronlarına və ya təcrübi lövhələrə əlavə 
etmək və ya xaric etmək üçün istifadə olunur.
İD kontaktlarını sıxmaq üçün əlinizi zədələyə biləcək İD 
sıxaclarından istifadə edin. 
Naqil soyucu
Elektrik dövrə iki dövrə arasında elektrik yolla birləşdirilib, buna 
görə də naqili qoşmaq üçün onu soymalısınız. Bu əməliyyat soyma 
əməliyyatı adlanır. 
Naqilin qalınlığından asılı olaraq, onu uyğun bir oyuğa qoyun və 
soyma istiqamətində dartın. 
Əllə cilalama
dəsti
Məmulatın səthini cilalamaq üçün istifadə olunur.
Qurğunun kiçik bir hissəsini əl ilə cilalamaq üçün istifadə olunan 
cilalama dəstidir. 
Altıbucaqlı açar 
dəsti
Altıbucaqlı başlığı olan boltları bərkitmək və ya boşaltmaq üçün 
istifadə olunur. 
Millimetr (mm) və inç (inch) üçün.



Yüklə 124,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin