Elektrotexnikanın/ Elektronikanın əsasları Səriştə əsaslı modul elektroniKA


) Lehimləmə alətlərinin tipləri və xüsusiyyətləri



Yüklə 124,13 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix26.12.2023
ölçüsü124,13 Kb.
#197651
1   2   3   4   5   6   7   8   9   ...   13
Mövzu 1

1) Lehimləmə alətlərinin tipləri və xüsusiyyətləri 
(1) Lehimləmə dəmiri (və ya elektrik polad)
Lehimləmə dəmiri qurğuşunu əriyə biləcəyi temperatura qədər qızdırmaq üçün istifadə olunan 
alətdir. Ucluq enerji istehlakının şəklinə, ölçüsünə və istifadə təyinatına əsasən seçilir və istifadə 
edilir. Ümumiyyətlə, enerji istehlakı təxminən 30 və 40 [W] arası olan lehimləmə dəmirindən isti
-
fadə edin, elektronik qurğular və ya kompüter konfiqurasiyası dövrələrinin quraşdırılması və təmiri 
üçün diametri təxminən 4 və 5 [mm] arasında olan ucluq istifadə edilir. Şəkil 2-də göstərildiyi kimi, 
lehimləmə dəmirinin ümumi quruluşu tutacaq, ucluğu tənzimləyən vint, qızdırıcı, lehimləmə dəmiri-
nin ucluğu və DC (sabit cərəyan) kabeli hissələrinə bölünür.
a. Temperatura nəzarət növü


ELEKTRONİKA
10
- Lehimləmə dəmirinin ucluğunun nizamlanması 
- Əgər lehimləmə dəmirinin ucluğunun temperaturu çox yüksək olarsa, lehimlənən səth öz 
parıltısını itirəcək və lövhə üzərindəki mis folqa ya töküləcək, ya da dağılacaq. 
- Əgər lehimləmə dəmirinin ucluğunun temperaturu çox aşağı olarsa, o soyuq olacaq və hissələrin 
bir-birinə birləşməməsi ilə nəticələnəcək. Bu halda temperaturu yüksəltmək üçün lehimləmə dəmiri-
nin ucluğu qısaldılmalıdır.
- Lehimləmə dəmirinin ucluğunun seçilməsi 
- Adətən, ucluğun tipi I, B, C, D, K, H tiplərinə və ölçülərinə görə bölünür. Ümumiyyətlə, B tipli, 
I tipli və K tipli ucluqlar daha çox istifadə olunur. 
- B tipli ucluğun istiqaməti olmadığı üçün, o böyük və kiçik səthlərdə geniş istifadə oluna bilər. I 
tipli ucluq B tipli ucluqla müqayisədə iti uclu və ya daha nazik və incə formalarda istifadə edilir. O, 
həmçinin, dar hissələrdə və ya kiçik ölçülü lehimləmələrdə istifadə olunur. K tipli ucluqla müstəvidə 
yerləşmiş xətt ilə işləmək mümkündür və uc hissədə nöqtə kimi istifadə oluna bilər.

Yüklə 124,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin