Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi



Yüklə 4,62 Kb.
tarix07.12.2016
ölçüsü4,62 Kb.
#984
Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:


“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 697; 1994, № 15, maddə 176; 1995, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998, № 1, maddə 16; 1999, № 4, maddə 217, № 7, maddə 395; 2001, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 8, maddə 684; 2007, № 5, maddə 401; 2008, № 7, maddə 602; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 4, maddə 260) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddənin birinci cümləsindən “müvafiq Dövlət Proqramına uyğun olaraq” sözləri və ikinci cümləsi çıxarılsın.
2. 14-2-ci maddənin birinci hissəsinin birinci cümləsindən “və reabilitasiya tədbirləri üzrə dövlət proqramına” sözləri çıxarılsın.
3. 21-ci maddənin birinci hissəsinin birinci cümləsindən “və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası haqqında dövlət proqramına” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2011-ci il.

Yüklə 4,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin