zənginləşməsində sağlam tələbatın böyük rolu vardır. “Tələbatın sağlamlığını, ağlauyğunlu-
ğunu qiymətləndirmək həmişə ictimai etalonun olmasını nəzərdə tutur. Bu etalona uyğun
Tələbatın sağlamlığı, ağlauyğunluğu meyarları ümumbəşəri əxlaq tərəfindən hazırlan-
mışdır. Bu əxlaqın norma və tələbləri əsrlər boyunca formalaşmış, şifahi xalq yaradıcılığında,
məişət mərasimlərində və dini mərasimlərdə, gündəlik həyat tərzində təcəssüm tapmışdır.
Xalq təsəvvüründə o tələbat sağlam sayılmışdır ki, onun təmin edilməsi insanın özünə zərər
vermir, haqq, ədalət tələblərinə, düzlük və əməksevərlik ideallarına uyğun gəlir. Əksinə,
tamahkarlıq, acgözlük, hədd-hüdud bilməmək, avaralıq və sairlə bağlı hər şey qeyri-sağlam
Bizim cəmiyyətdə o tələbat qeyri-sağlam tələbat sayılır ki, onun təmin edilməsi insan
orqanizminin normal fəaliyyətinə və inkişafına əngəl törədir, şəxsiyyətin düşkünləşməsinə
gətirib çıxarır, fərdin və ya sosial qrupun daha geniş sosial birliklərlə və bütövlükdə cəmiy-
yətlə ziddiyyətə girməsinə səbəb olur. Bu mənada qeyri-sağlam tələbat patoloji tələbat da
həddindən artıq aludəçilik), həm də sosial patologiya daxildir. Sosial patologiya cəmiyyətə
zidd tələbatda təzahür edir. Bu cür tələbatın ödənilməsi subyektin antisosial hərəkətləri
Sağlam, ağlauyğun istehlak və sağlam tələbat eyni şey deyildir. Əşyabazlıq və istehlakçı-
lııq haqqında diskussiyalarda çox vaxt belə bir mühakimə ilə qarşılaşırıq: insana istədiyi qədər
maddi nemət verin, hədsiz istehlakın gərəksizliyini o özü başa düşəcəkdir. Son dərəcə yanlış
fikirdir! Hədsiz-hüdudsuz istehlak, ola bilsin, bədəni bəzəyir, lakin qəlbi əsarət altına alır. İs-
tehlakçı ideallarının təşəkkülünü özbaşına buraxmaq, istehlak mədəniyyəti formalaşdırmamaq
meşşan psixologiyasının hücumları qarşısında geri çəkilmək demək olardı. Bu psixologiya
üçün “kifayətdir” sözü mövcud deyildir, çünki meşşanın, istehlakçının həyat kredosu daim
tələb edir: “Yenə verin!”, “Azdır!”, “Başqalarında olduğundan çox istəyirəm!”. Bu isə, öz
növbəsində, o deməkdir ki, tələbatın şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafına uyğunluğu
168
Müasir dövr
Tarix və onun problemləri, № 1 2013
B.S.Yerasovun düzgün qeyd etdiyi kimi, “insan tələbatının sağlamlığı, ağlauyğunluğu
meyarları istehlaka münasibətdə həm də əxlaqi meyarlardır. Yüksək əxlaqi mədəniyyətə malik
şəxsiyyət cəmiyyətin imkanları ilə hesablaşmaya bilməz, o şeyi tələb etməz ki, cəmiyyət
hələlik həmin tələbatı ödəmək iqtidarında deyildir” (2,c.45).
Xüsusi qeyd etmək lazımdır ki, insanların ictimai tələbatının strukturunda baş verən
keyfiyyət dəyişiklikləri sosial-mədəni tələbatın birinciliyini, şəxsiyyətin həyat fəaliyyətində bu
tələbatın mühüm əhəmiyyətini şübhə altına ala bilməz. Məlumdur ki, ən zəruri ehtiyac və
tələbat ödəndikcə, maddi və mənəvi tələbatların qarşılıqlı nisbəti dəyişir: sosial, yaradıcı,
mənəvi tələbatın əhəmiyyəti və rolu getdikcə artır.
Bəzən deyirlər ki,insana az şey lazımdır. Əgər ən adi tələbat nəzərdə tutulursa, bu,
güman ki, belədir. Lakin insanı yaşadan yalnız belə adi tələbat deyildir. Tarixdə tələbatın süni
surətdə məhdudlaşdırılması və özünüməhdudlaşdırma cəhdləri çox olmuşdur. Öz tələbatını sa-
dələşdirmək imkanı xülyasından hətta L.N.Tolstoy kimi bir şəxsiyyət də yaxa qurtara bilmə-
mişdir. Lakin böyük yazıçının özünüməhdudlaşdırma cəhdləri çox ciddi mənəvi əzablar baha-
sına başa gəlmişdir. A.P.Çexov L.N.Tolstoya məntiqli, dəlilli-sübutlu etiraz etmişdir: “Tolstoy
deyir ki, insana cəmi-cümlətanı üç arşın torpaq lazımdır. Boş sözdür – üç arşın torpaq ölüyə
lazımdır, diriyə isə bütün yer kürəsi gərəkdir” (3, c.221).
Şəxsiyyətin sağlam, ağlauyğun tələbatının formalaşmasından danışarkən maddi tələbatı
mənəvi tələbata, məişət tələbatını estetik tələbata və s. qarşı qoymaq, əlbəttə, düzgün olmazdı.
İnsanın mədəni cəhətdən zənginliyi onun tələbatının zənginliyindən asılıdır.
Özünüifadə tələbatı şəxsiyyətin tələbatlar sistemində xüsusi yer tutur. Digər tələbatlardan
fərqli olaraq o, irəlicədən müəyyənləşdirilmiş obyektiv istiqamət tanımır.Məsələn, əgər maddi
tələbatın obyekti maddi nemətlər, idrak tələbatının obyekti bilik, estetik tələbatın obyekti incə-
sənət və sairdirsə, özünüifadə tələbatı maddi nemətlərin istehlakı zamanı da, biliklərə yiyələ-
nərkən də, bədii yaradıcılıqda da təmin oluna bilər. “Mədəniyyət: nəzəriyyələr və problemlər”
adlı kitabda deyilir: “Tələbatın özünüifadəyə hansı fəaliyyət növündə yol tapmasından, daha
doğrusu bu tələbatın hansı başqa tələbata qoşulmasından asılı olaraq şəxsiyyətin idrak, icti-
mai-siyasi, estetik və s. meylindən danışmaq mümkündür” (4, c.47). Əgər nəzərə alınsa ki,
mənəvi tələbat maddi nemətlərin istehlakında və istehsalında öz ifadəsini tapa bilər, onda
mənəvi-istehlakçı və mənəvi-yaradıcı meylləri fərqləndirmək qanunauyğun olar.
Cəmiyyət insanın hansı özünüifadə, özünütəsdiq üsulu tapmasında maraqlıdır. Özünüifa-
də tələbatının ictimai-faydalı əməkdə təmin olunması bir şeydir, özünüifadənin ən yüksək for-
ması kimi köhnə sikkələr toplamaq başqa şeydir, birisinin özünü xuliqanlıq hərəkətləri ilə
təsdiq etməyə çalışması isə artıq tamamilə ayrı şeydir. Özünüifadə tələbatının saxta yolla ödə-
nilməsi saxta tələbat, saxta özünüifadə doğurur. İstehlakçılıq, fərdin özünü malik olduğu əşya-
larla təsdiq etmək, ətrafındakıları bahalı zinət əşyaları ilə, dəbin “son sözü” ilə heyrətləndir-
mək meyli saxta özünüifadəyə misal ola bilər. Əsl özünüifadə yalnız sağlam, ağlauyğun tələ-
batın ödənilməsi zamanı mümkündür.
Şəxsiyyətin özünüifadəsi çoxcəhətlidir. Həm də insan mənəviyyatca nə qədər zəngindir-
sə, o, yeni özünüifadə üsullarını da bir o qədər asan tapır. Şəxsiyyətin özünüifadəsi meydanına
çevrilə bilməkdən ötrü əmək istirahətlə növbələşməlidir. Əmək və istirahət, mənəvi dəyərlər
yaradılması və onların istehlakı, elmi iş və bədii yaradıcılıq- özünüifadə tələbatı bu və buna
bənzər fəaliyyət sahələrinin növbələşməsində təzahür edir. Görünür, heç kəs buna şübhə et-
məz ki, Albert Eynşteyn üçün başlıca özünüifadə sahəsi skripkada çalmaq yox, elm olmuşdur.
Lakin məgər skripkada çalmaq nisbilik nəzəriyyəsi yaradıcısı “Mən”inin təzahürünə xidmət
etməmişdirmi? Kim bilir, A.Eynşteyndə elmi yaradıcılığa tələbatla yanaşı başqa bir tələbat –