Əlisa əHMƏdov



Yüklə 374,65 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix26.12.2016
ölçüsü374,65 Kb.
#3390
1   2   3   4
                                                                            Müasir dövr                                                                             169 

Tarix və onun problemləri, № 1 2013 

 

dünyanın bədii dərkinə tələbat olmasaydı, bu dahinin taleyi necə olardı! Məşhur cərrah İbra-



him Topçubaşovun elmi yaradıcılığı ilə bəstəkarlıq fəaliyyəti bir-birini necə də tamamlayırdı!  

Müxtəlif fəaliyyət növlərində özünüifadə tələbatını ödəyən insan öz həyati məqsədlərini 

güdür, ictimai əlaqələr və  münasibətlər sistemində öz bənzərsiz  yerini tapır. “Ümumiyyətlə” 

özünüifadənin yeganə modelini quraşdırmaq cəhdi kobud utopiya olardı. Təbiətdə “ümumiy-

yətlə” özünüifadə mövcud deyildir..  

Özünüifadənin konkret formaları, üsulları, növləri müxtəlif adamlarda cürbəcürdür. 

Hazırda  heç  kəs  buna  şübhə  etmir  ki,  artan  mənəvi  tələbatların  ödənilməsi  şəxsiyyət 

tərbiyəsinin mühüm amilidir. Lakin problemi sadələşdirmək də lazım  

deyildir. İncəsənət bilicisi kimi tanınan, bir neçə xarici dili mükəmməl bilən, dünyanın ən 

məşhur rejissiorlarının  çəkdiyi filmlərin  incəliklərindən  baş çıxaran  obıvatelləri azmı  görmü-

şük?! Bütün bu biliklər yalnız şəxsiyyətin fəal həyat mövqeyinin əsasını təşkil etdikdə onun 

üçün həqiqi mənəvi dəyərə çevrilir. 

Geniş mənəvi istehsal prosesi eyni zamanda mənəvi tələbatların kəmiyyət və keyfiyyətcə 

inkişaf edən istehsalı və təkrar istehsalı prosesidir. İstehsal nəinki istehlak üçün predmet yara-

dır, həm də bu istehlakın müəyyən xarakterdə olmasını şərtləndirir.  

Sağlam mənəvi tələbatdan söhbət gedərkən müəyyən tələbatların inkarına olan tələbat ki-

mi maraqlı bir mənəvi-psixoloji vəziyyətə diqqəti cəlb etmək istərdik. Amerikan alimi, Nobel 

mükafatı  laureatı  C.Solk  “İnkişaf  etməkdə  olan  insan”  adlı  kitabında  fərdi  “psixoloji  immu-

nitet” konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyaya görə təkamül prosesi “fizioloji immu-

nitet” yaratmışdır. Belə immunitetin mahiyyəti yad canlı toxumaların qəbul edilməməsindən, 

bəzi  yad  amillərin  təsirinə  allergik  reaksiyadan  ibarətdir.  Eynən  bunun  kimi,  insanlarda  bəzi 

təzahürlərə, hadisələrə, hətta müəyyən fərdlərə qarşı mənəvi “allergiya” yaranır. Bu cür hadi-

sələr və fərdlər bəzi şəxslər üçün psixoloji cəhətdən “dözülməz” olur. Əgər birinci halı ifadə 

edən  subyektiv  vəziyyət  ağrıdırsa,  fərdin  “psixoloji  müdafiəsi”  həyəcan,narahatlıq,  stres  və-

ziyyətində  ifadə  olunur.  “Beyin  üçün  narahatlıq  bədən  üçün  ağrı  kimidir,  bu,  bizim  sağlam-

lığımızın təminatıdır” (5,c.30-31).  

Mənfi reaksiyaların, vəziyyətlərin, müdafiə tələbatının C.Solk tərəfindən sırf bioloji şər-

hi, təkamül baxımından izahı etiraz doğurur. Lakin müəyyən tələbatların inkarına tələbatın ol-

masına  dair  onun  fikri  nəinki  psixoloqların,  həm  də  sosioloqların  diqqətinə  layiq  məsələdir, 

çünki bu cür inkar nəinki ayrıca bir adama, həm də bütöv kollektivlərə, hətta bütövlükdə cə-

miyyətə xasdır.  

Qadın kosmonavt Svetlana Savitskayanın “Arqumentı i faktı” qəzeti müxbirinin sualla-

rına  verdiyi  cavablar  C.Solk  konsepsiyasının  başlıca  məqamını  aydınlaşdırmaq  baxımından 

maraq  doğurur.  Bu  cavablarda  qadın  kosmonavtlara  qarşı  düzgün  olmayan  münasibətdən 

söhbət gedir. S.Savitskaya “Energiya” Elm-İstehsalat Birliyinin baş konstruktoru Semyonovun 

qadın kosmonavtları pərən-pərən salmasından danışarkən deyir: “ Qadın kosmonavtlara qarşı 

onun allergiyası var” (6). 

Bizə belə gəlir ki, bu və ya digər adamlarla, hadisələrlə nəinki ünsiyyətdə olmaq tələbatı, 

həm  də,  əgər  belə  demək  mümkünsə,  ünsiyyətdə  olmamaq  tələbatı  dostlar,  daha  yaxşı  sosial 

mühit  seçilməsi  qərarını  xeyli  dərəcədə  şərtləndirir.  Onu  da  qeyd  etmək  vacibdir  ki,  mənfi 

tələbatların  hədsiz  inkişafı  qapalılığa,  sosial  passivliyə,  şəxsiyyətin  birtərəfli,  qeyri-ahəngdar 

inkişafına gətirib çıxara bilər. 

Xüsusi  vurğulamaq  istərdik  ki,  mənəvi  istehlakın  genişliyi  şəxsiyyət  mədəniyyətinin 

göstəricilərindən  yalnız  biridir.  Mühüm  göstəricidir,  lakin  başlıca  göstərici  deyildir.  Şəxsiy-

yətin  mənəvi aləminin zənginləşməsinin əsas  meyarı insanın coşqun dəyişdirici fəaliyyətidir, 



170                                                                             Müasir dövr                                                                            

Tarix və onun problemləri, № 1 2013

 

 

onun yaradıcılıq potensialının dövlət müstəqilliyimizin möhkəmlənməsi naminə sərf olunması 



dərəcəsidir. 

Mənəvi  dəyərlər  aləmi  sahilsiz  okeana  bənzəyir;  bu  okeanı  bircə  baxışla  əhatə  etmək 

mümkün deyildir. Okean kimi bu aləm də daimi hərəkət və dəyişmədədir. Onun sirlərinə vaqif 

olmaq, onun hikmətlərindən bəhrələnmək üçün bəsirətli, kəskin zəka, titanik zəhmət və əlbəttə 

ki,  sağlam  tələbat  gərəkdir.  Məhz  buna  görə  də  sağlam  tələbat  tərbiyəsi  hazırda  şəxsiyyətin 

mədəni və mənəvi inkişafının ən mühüm istiqamətlərindən biri olmalıdır. 

 


Yüklə 374,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin