HaĢiyə 2: Erməni-daĢnak faĢizminin təĢəkkül tapması, əlbəttə, 1890-cı
ildə
ifrat faĢist partiyası olan DaĢnaksutyunun yaradılması ilə bağlıdır. Bu gün erməni-
166
daĢnak faĢistləri uydurma «erməni soyqırımı»nı gözə soxurlar. Onlar çox yaxĢı
dərk edirlər ki, soyqırımlar faĢizm tərəfindən törədilir. Belə bir faĢist təĢkilatı isə
Osmanlı Türkiyəsində mövcud olmamıĢdır. Belə bir təĢkilatı ancaq özləri
yaratmıĢlar. Məqsəd də aydındır. Azərbaycanı və ġərqi Anadolunu türkdən
təmizləmək, bu ərazilərdə «Böyük Ermənistan» dövləti yaratmaq uğrunda
mübarizə aparmaq olmuĢdur. Bu faĢizm doğulduğu gündən Azərbaycanda
hərəkətdədir. Fəaliyyətlərinin ana xəttini Azərbaycanda türk fobiyası təĢkil edir.
Ġdeologiyasının kökündə Cənubi Qafqazda Azərbaycan xalqının, onun
dövlətçiliyinin məhv edilməsi siyasəti durur. Çünki erməni-daĢnak faĢistləri
Türkiyə ərazisində kütləvi terror və üsyanlar, soyğunçuluq və talanlar törətsələr də
istəklərinə nail olmadılar. Bədnam niyyətlərini öz havadarlarının himayəsi və
himayədarlarının əsarəti altında inləyən Azərbaycan torpaqlarında həyata keçirmək
niyyətlərinə önəm verdilər. Həm də məkrli niyyətlərini bir az da ĢiĢirtdilər.
Mifoloji «üç dəniz - Qara, Ağ, Xəzərarası» tarixən heç bir zaman olmamıĢ,
olmayan və olmayacaq «Böyük Ermənistan dövləti» yaratmaq eĢqinə düĢdülər. Bu
isə Azərbaycan torpaqlarında ermənilərin demoqrafik üstünlüklərini yaratmaqla
əldə edilə bilərdi. Bunun üçün isə ən qısa yol, planlaĢdırılan, məqsədyönlü iĢ
avtoxton əhaliyə qarĢı etnik təmizləmə və soyqırım siyasətinin aparılması ola
bilərdi. Bunu da erməni-daĢnak faĢistləri etdilər...
Azərbaycan türklərinə qarĢı apardıqları etnik təmizləmə və soyqırımı
siyasətinin birinci mərhələsinə 1903-1904-cü illərdə fərdi terrorlar törətməkdən
baĢladılar. DaĢnak terror qrupları bölgələrdə hakimiyyəti ələ keçirir, yolları və
körpüləri partladır, nüfuzlu ictimai xadimləri terror yolu ilə qətlə yetirirdilər. 1905-
ci ildə isə qanlı faciələrə, azərbaycanlıların kütləvi qətliamlarına rəvac verdilər.
Əlbəttə, erməni-daĢnak faĢistləri 1905-1907-ci illərdə Azərbaycan torpaqlarında
törətdikləri bu qətliamları, daha doğrusu, Azərbaycan türklərinə qarĢı apardıqları
etnik təmizləmə və soyqırımı siyasətini bilavasitə çarizmin dəstəyi ilə, onların
maraqlarına uyğun olaraq həyata keçirdilər. Çünki həmin dövrdə milli münaqiĢənin
törədilməsi Rusiyanın bir növ xeyrinəydi. Rusların yaponlara məğlub olması,
birinci rus inqilabının baĢlaması dövründə qüvvələri zəiflətmək, fikirləri baĢqa
səmtə yönəltmək iĢinə yarayırdı, çarizmin «parçala, hökm et» siyasətinə xidmət
edirdi. Belə bir məqamda ruslar yenə də ermənilərdən, onların xəyanətindən öz
xeyirlərinə bir alət kimi istifadə etdilər. Bunun müqabilində ermənilər də rus
imperiyasının onlara verdiyi üstünlüklərdən, güzəĢtlərdən lazımınca bəhrələndilər.
Ümumiyyətlə, erməni-daĢnak faĢistlərinin etnik təmizləmə və soyqırım
siyasətlərini həyata keçirdikləri bütün mərhələlərdə üç Ģey dəyiĢilməz qalıb: 1)
erməni-daĢnak faĢistləri öz üstünlüklərini və Ģanslarını heç zaman əldən
verməyiblər; 2) Rus
imperiyasının Azərbaycana olan mənfi münasibəti yaxĢılığa
doğru heç zaman dəyiĢməyib; 3) Azərbaycan türkləri də heç zaman təcavüz zamanı
müdafiəyə hazır olmayıblar. Heç zaman da belə bir hazırlığın olmasına çar
hökuməti imkan verməmiĢ və verməzdi də.
167
Bu mərhələdə erməni-daĢnak faĢistlərinin əsas məqsədi Ġrəvan, Üçmüəzzin,
Qırxbulaq və Zəngəzur mahallarını Azərbaycan türklərindən təmizləmək idi.
Bakıda sülh deyib Gəncədə, Gəncədə sülh deyib ġuĢada qırğınlar törətməklə Qərbi
Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirirdilər.
Qeyd: Mayasında iftira olan bir kimsəni sülh Ģüarı ilə yerində
oturdacaqlarına gümanı olanlar gümanlarında yanılırlar. Nə qədər erməni-daĢnak
terroru var, üstəlik torpaqlarımız iĢğal altındadır, hər hansı sülh barəsində
danıĢmaq əbəsdir. Əksinə, hər görüĢ və danıĢıqda ermənilər özlərinə məxsus
hiyləgərliklə əsl mətləbdən uzaq, gələcək siyasətlərinin tərkib hissəsi olan çeĢid-
çeĢid təklif və mübahisəni daha da dərinləĢdirən, zənginləĢdirən, vaxt aparan
mövzulardan bəhs edəcəklər, o biri tərəfdə isə öz bildikləri kimi öz iĢlərini
görəcəklər. Belə ki, 1905-1907-ci illərdəki qətliamların qarĢısını almaq məsələsi ilə
bağlı Tiflisdə Qafqaz caniĢini, erməni yeznəsi Vorontsov-DaĢkovun təĢəbbüsü ilə
iki tərəf arasında sülh danıĢıqları aparılarkən bu hal özünü göstərmiĢdir.
Azərbaycan tərəf erməni-daĢnak terrorundan, hətta idarə, təĢkilat rəhbərlərinin,
dövlət məmurlarının terrordan qorxaraq ədalətli hərəkət etməmələrindən bəhs
edirdi. Erməni tərəf isə azərbaycanlılara təklif edir ki, maldarlar yaylaqlara
qalxmasınlar, oturaq həyata qədəm qoysunlar və s.
...Erməni-daĢnak faĢistləri heç də bu qəzaları əldə etməklə kifayətlənmək
fikrində deyildilər. Qətliamın miqyasını artıraraq daha geniĢ ərazilərdə və ayrı-ayrı
bölgələrdə yığcam çoxluqlar yaratmaq arzularını həyata keçirmək idi. Bu minvalla
lokal döyüĢlər aparan daĢnak terror qrup və birləĢmələri 1905-1907-ci illər
qətliamında Ġrəvan quberniyasında 188, Yelizavetpol (Gəncə) quberniyasında isə
112 kəndi dağıtmıĢ, əhalisini qılıncdan keçirərək qətliamlar törətmiĢ, sağ qalanları
da yurd-yuvalarından didərgin salmıĢdılar. Ġrəvan, Naxçıvan, Tiflis, Ordubad,
Gəncə, ġuĢa, Bakı Ģəhərlərində qətliamlar daha çox kütləvi hal almıĢdı. Bu
mərhələdə ümumilikdə 150000 azərbaycan türkü qətlə yetirilmiĢ, 350000 nəfər
dədə-baba yurdlarından qovulmuĢdu. Bütün bu iyrənc əməllərindən fərəh hissi
keçirən DaĢnaksutyun partiyası 1907-ci ildə Üçmüəzzin kilsəsində özünün IV
qurultayını keçirir, partiyanın yeni proqramını qəbul edir. Proqrama görə Türkiyə
Ermənistanı ilə Zaqafqaziya demokratik respublikası federativ əsaslarla mərkəzə
bağlanır. Lakin hər iki ölkə üçün ümumi qanunlar qəbul olunur. Daimi ordu milislə
əvəzlənir. Əli silah tuta bilən hər bir vətəndaĢ milisdə iĢtirak edir. Milis dövlətin
azadlığına və bütövlüyünə təhlükə yarandıqda bir bayraq altında toplanır. Əslində
nəzərdə tutulan bu milis dəstələrini yaratmaqla, DaĢnaksutyun özünü bütövlükdə
bir terror təĢkilatına çevirir. Məhz bu qurultayda yeni proqrama əsasən terroru daha
da mütəĢəkkil Ģəkildə həyata keçirmək, Ģiddətləndirmək, dəhĢətli təsirini artırmaq
məqsədilə buna rəhbərlik edəcək «Vahimə» adlı yeni təĢkilat yaradır. Xalqı
bütövlükdə silahlanmağa çağırır. Özünü ifrat hegemon bir faĢist partiyası kimi
təsbit edir. Hələlik çar hökumətinin yaratdığı boĢluqdan və dolayısı ilə göstərdiyi
köməyindən istifadə edərək özünün faĢist üzünü Azərbaycan türklərinə qarĢı
168
apardığı etnik təmizləmə və soyqırımı siyasətində göstərir və təsdiq edir. Beləliklə,
erməni-daĢnak faĢistləri XX əsrin ilk qətliamını törədərək tarixə ilk qanlı -
Azərbaycan türklərinin soyqırımı səhifəsini yazmıĢ olurlar. Budur erməni-daĢnak
faĢizminin əsl siması. Biz bu simanı pərdələyən güclərin öhdəsindən gəlməliyik.
Rusiyanın və Qərbin KĠV-lərini erməni təbliğatının inhisarından çıxarmağı
bacarmalıyıq.
Artıq 1907-ci ilin sonlarında ölkədə vəziyyətin sabitləĢməsi yönümündə
hökumət tərəfindən erməni-daĢnak faĢistlərinin terror müharibəsinə son qoymaları,
əmin-amanlığı bərpa etmələri tələb olunurdu. DaĢnaksutyun isə özünü unudub ipə-
sapa yatmaq istəmirdi. Çar II Nikolayın qulaqburmasından sonra erməni-daĢnak
faĢistləri sakitləĢdilər. Rusiya heç də hər zaman ermənilərə etibarlı ünsür və dayaq
kimi baxmayıb. Yeri gələndə «velikorus» mənafelərini ermənilərin «Böyük
Ermənistan» iddialarından üstün tutublar... Ġndi isə tərəfləri susdurmaq lazım idi.
Ən sərt tədbirlərə əl atmaq lazım gələndə Azərbaycan tərəfin ünvanına olması da
gözlənilən idi. Ġlk gündən çarın əmri ilə Azərbaycan türklərinə silah gəzdirmək qəti
Ģəkildə qadağan edilir. Özünü müdafiə məqsədi ilə yaradılan «Difai» partiyası
büsbütün dağıdılır. Ana bətnindəcə məhv edilir. Bütün bunların müqabilində isə
erməni-daĢnak faĢistlərinin əlindən ancaq toplar alınır. AddımbaĢı ermənilərin
xeyrinə azərbaycanlılara maddi, mənəvi, fiziki zərbələr vurulurdu. DaĢnaksutyunun
nə yerli təĢkilatları dağıdılır, nə də türklərə qarĢı müharibə aparmaq üçün
yaratdıqları mərkəzlərə - qımdatxanalara toxunulur. Əksinə, iĢlərinə gərək olan
kimi DaĢnaksutyunla anlaĢmaya rəvac verilir. 1913-ci ildə rus diplomatları
mütəĢəkkil erməni burjuaziyası ilə - DaĢnaksutyunla saziĢ bağladılar. «Məzlum
ermənilərin müdafiəsi» adı altında açıq çıxıĢlar edərək Anadolunun Ģərq
vilayətlərində Türkiyə hökumətinin islahatlar keçirməsi tələbini irəli sürdülər.
Almaniyanın müdafiə etdiyi Türkiyə inadlı müqavimətdən sonra 26 yanvar 1914-
cü ildə islahatlar haqqında saziĢi imzalamağa məcbur olur. Ermənilər Rusiyanın
nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və i.a. sahələrdə çox geniĢ
muxtariyyət almalı idilər. Bununla kifayətlənməyən daĢnaklar I Dünya müharibəsi
baĢlayan kimi «Böyük Ermənistan» Ģüarını yenidən ortaya atdılar. Erməni
könüllülərindən ibarət silahlı dəstələr təĢkil edib Türkiyə ərazisinə göndərməyə,
Türkiyə ermənilərini kütləvi surətdə təxribatlar törətməyə, Rusiyanın xeyrinə
xəyanət və satqınçılıq etməyə təhrik etdilər. Türk ordusunda döyüĢən 40 min
erməni mənĢəli türk əsgərlərinin rus ordusu tərəfinə keçmələrini təĢkil edirlər.
DaĢnaksutyun özünün 15-29 fevral 1915-ci ildə keçirilən IX qurultayında
Andronik «ya indi, ya da heç vaxt» çağırıĢı ilə silahdaĢlarını bütün varlıqları ilə
silahlı toqquĢmaya səsləyir. Terror qruplarının sayını artırmaq tələbini irəli sürdü.
Özü isə birbaĢa cəbhə xəttinə yollanıb türkləri, kürdləri, yəhudiləri qırıb
tökəcəyini, onu bu yoldan kimsənin döndərə bilməyəcəyini bəyan edir. Əməli
surətdə cinayətkar fəaliyyətə baĢlayır. Andronikin komandiri olduğu erməni-
daĢnak terror birləĢmələri sözün əsl mənasında Van gölü ilə Urmiya gölü arasını
169
xarabazarlığa çevirir. Cənubi Azərbaycan türklərini bütövlükdə qılıncdan keçirir.
Yüz minlərlə əliyalın və köməksiz türk kiĢiləri, qocalar, qadınlar, uĢaqlar
iĢgəncələrə məruz qalır, təhqir olunur, döyülüb-söyülür, amansızlıqlarla qətlə
yetirilir. Neçə-neçə nəslin varlığına son qoyulur. Lakin Türkiyənin sərt addımlar
atması Andronikin arzusunu gözündə qoyur. Birinci Dünya müharibəsindən sonra
Osmanlı Ermənistanı tam ləğv olunur. Daha doğrusu, «Türkiyə Ermənistanı» sözü
Lozanna konfransında dəfn edilir. Min ilin ölüsünə çevrilir. Beləliklə, erməni
məsələsi bütövlükdə Qafqazda cəmlənir.
1917-ci il fevral inqilabı «erməni məsələsi»nin tarixində yeni dövr açır.
Erməni-daĢnak faĢistləri eninə-boyuna qol-qanad açırlar. Nə qədər ağır da olsa
qeyd etməliyik ki, xristian təəssübkeĢliyi öz iĢini görür. VətəndaĢ müharibəsi
bəhanəsi ilə, habelə sovetləĢmə adı altında Zaqafqaziyada toplaĢmıĢ erməni-daĢnak
faĢistləri, bolĢeviklər, eser-menĢeviklər cidd-cəhdlə Azərbaycan türkünün milli
hissini boğmaq sahəsində birgə səylərə əl qoyurlar. Bir millət kimi Qafqazda
Azərbaycan türkünü məhv etmək planlarını cızıb hazırlayırlar. Erməni-daĢnak
faĢistlərinin 1914-1916-cı illərdə ġərqi Anadoluda, Cənubi Azərbaycanda
törətdikləri qətliamların Bakı, Yelizavetpol, Tiflis və Ġrəvan quberniyalarında
təkrarlanması yolunda məkrli niyyətlərini həyata keçirmək üçün hazırlıq iĢləri
görürlər. Məqamı yetiĢəcək anın marığında yatırlar. Ġstəklərincə bir-birinin ardınca
ardıcıl addımlar atırlar. Böyük Oktyabr Sosialist inqilabından sonra isə «erməni
məsələsi» yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. 1917-ci ilin
oktyabrında DaĢnaksutyunun rəhbərliyi altında erməni milli konqresi toplanır.
Konqres olmayan Türkiyə Ermənistanının rus qoĢunları tərəfindən iĢğal olunmuĢ
ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürür. Olmayan Ermənistanla
Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq edir. Bütün hallarda həm Rusiyanın,
həm Ġngiltərənin, həm də Fransanın mənafeləri naminə Qafqaz xalqlarının birliyi,
suverenliyi əleyhinə çıxıĢlar edir və buna qarĢı mübarizə aparır.
29 dekabr 1917-ci ildə Sovet hökuməti mövcud olmayan «Türk
Ermənistanı» barədə dekret qəbul edir. V.Ġ.Lenin dekretə imza atmaqla
S.ġaumyana geniĢ səlahiyyətlər, imtiyazlar verir. Bununla da o tam sərbəstlik əldə
etmiĢ olur və öz daĢnak xislətiylə də xəbis niyyətlərini həyata keçirmək üçün
Ģanslardan yetərincə istifadə edir. Azərbaycan türklərinin əleyhinə, onların məhv
edilməsi yolunda əzmkarlıq göstərir...
Dostları ilə paylaş: |