Əlisahib ƏROĞUL


ERMƏNĠ-DAġNAK FAġĠZMĠNĠN ETNĠK



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə233/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   229   230   231   232   233   234   235   236   ...   500
 
ERMƏNĠ-DAġNAK FAġĠZMĠNĠN ETNĠK 
TƏMĠZLƏMƏ SĠYASƏTĠ VƏ AZƏRBAYCANLILARIN SOYQIRIMl 
 
Azərbaycan  türklərinin  yurd-yuvalarından  qovulması  və  qətliamlarının 
törədilməsi  Rus  imperiyasının  müstəmləkə  siyasətinin  nəticə  verdiyi  ilk  gündən 
önəm  daĢıyır.  Bununla  bahəm  ermənilərə  rəğmən,  onların  xəyanətkar  və  satqınçı 
missiyalarına arxalanmaqla bu ərazilərdə güclü xristian dövləti yaratmaq məsələsi 
də ilk gündən gündəmə gəlir və özünü aĢkar göstərir. XIX əsr rus tarixçisi Sergey 
Mixayloviç  Solovyov  «Rusiya  tarixi  üzrə  mühazirə  və  hekayələr»  (Moskva, 
«Maarif»,  1989,  səh.717)  kitabında  yazırdı:  «Rusiya  ətrafındakı  iĢğal  olunmuĢ 
ərazilərdə  möhkəmlənmək  üçün  ən  yaxĢı  vasitə,  I  Pyotra  görə,  oralarda  xristian 
əhalinin qüvvətləndirilməsi, müsəlmanların isə azaldılması hesab olunurdu». Məhz 
bu dövrlərdə beynəlxalq dərəcəli avantürist adı almıĢ Ġsrail Ori I Pyotrun boğazları 
(Bosfor,  Dardanel)  və  Hindistan  bazarını  ələ  keçirmək  xəyallarının  üstünə  siyasi 
fahiĢəliyinin klassik nümunəsi olan «Böyük Ermənistan» adlı utopik xəritəsini də 
gəlir.  Beləliklə,  Rusiyanın  gələcək  cənub  sərhədlərində  erməni  dövləti  yaratmaq 
ideyasını  meydana  atır.  Özü  isə  xəyanətkarlıq  və  satqınlıq  missiyasını  həyata 
keçirmək üçün I Pyotr tərəfindən Ġrana göndərilir və burada Rusiyanın səfiri kimi 
əməli  fəaliyyətə  -  xəyanət iĢinə  baĢlayır.  Azərbaycan  məmləkətinin baĢı üzərində 
əsarət torunun ilk ilmələri bu sayaq çalınır. 
I Pyotr 1724-cü ilin mayında general-mayor MatyuĢkinə yazırdı ki, Bakıda 
möhkəmlənmək lazımdır. O, bunun bir üsulunu Gilan, Mazandaran və s. yerlərdən 
ermənilərin 
gətirilib 
Bakıda, 
müsəlmanlar 
yaĢayan 
digər 
ərazilərdə 
yerləĢdirilməsində görürdü. Həmçinin zəbt olunmuĢ  ərazilərdə türkləri (sünnüləri) 
azaltmağı, həm də bu iĢi sakit görməyi tapĢırırdı. 
Ümumiyyətlə,  çarizmin  Qafqaz  siyasətinin  baĢlıca  prinsipi  bu  bölgədə 
etibarlı  erməni-xristian  dövləti  yaratmaq  olub.  Rusiyanın  imperiya  siyasəti  ilə 
erməni  milli  mənafeyinin  çulğaĢması  iĢğala  münbit  Ģərait  yaradıb.  Həm  də 
«xristianların  müsəlmanların  zülmündən  azad  edilməsi»  adı  altında  hərbi-siyasi 


160 
 
planlar  pərdələnibdi.  Əslində  bu  plan  xaçlı  yürüĢlərinin  bu  ad  altında  yeni  dünya 
düzümünə  köçürülən  yeni  variantından  baĢqa  bir  Ģey  deyildir.  Dünya  əslində 
imperialist  dövlətlərinin  iĢğalçılıq  və  geosiyasi  mübarizəsindən  doğan  məkrli  bir 
plana  hamilə  düĢdü.  Ermənilər  isə  bu  siyasətin  həyata  keçirilməsində  istifadə 
olunan  alətə  çevrildilər.  Bu  gün  də  bir  alət  olaraq  eləcə  qalırlar.  Əlbəttə, 
ermənilərin  Qafqaza  köçürülməsi,  yerləĢdirilməsi  və  burada  erməni  dövlətinin 
yaradılması  ideyası  I  Pyotrdan  baĢlayır,  onun  vəsiyyətlərindən  riĢələnirdi.  Lakin 
rus  inrperiyası  öz  məqsədinə  XIX  əsrin  əvvəllərində  nail  olur.  Tarix  ermənilərin 
üzünə bu sayaq gülür. 
I  Pyotr  zamanında  erməni  kilsəsinin  nümayəndələri  ilə  aparılan 
danıĢıqlardan  sonra  Azərbaycan  ərazisində  ermənilərdən  ibarət  xəfiyyə  Ģəbəkəsi 
yaradılır, iğtiĢaĢlar törədilir. 250 illik tarixə  malik Səfəvilər dövləti dağılır. Xırda 
xanlıqlara  parçalanır.  Ġran,  Türkiyə,  sonralar  isə  yavaĢ-yavaĢ  Azərbaycan 
xanlıqlarının  malik  olduqları  ərazilərdəki  strateji  məntəqələrdən  azərbaycanlıların 
köçürülməsi,  orada  ermənilərin  yerləĢdirilməsi  əməliyyatları  aparılır.  Gələcək 
iĢğallara  zəmin  yaradılır.  1796-1828-ci  illərdə  Azərbaycanın  çar  Rusiyası 
tərəfindən  iĢğal  edilməsi  prosesinin  davam  etdiyi  32  illik  bir  dövr  Azərbaycan 
torpaqlarının bölünməsi, vahid xalqın iki yerə parçalanması ilə sonuc tapır. 1804-
cü  il  yanvar  ayının  3-dən  Gəncənin  al  qana  boyanması  ilə  baĢlayan  Azərbaycan 
türklərinin kütləvi qırğınları 1828-ci il fevral ayının 10-dək, bədnam Türkmənçay 
müqaviləsi bağlanadək davam etdirilir. Ġndiki Ermənistan, Gürcüstan, Azərbaycan 
ərazilərindəki yüzlərlə azərbaycanlılar yaĢayan kənd və Ģəhərlər top atəĢinə tutulur, 
dağıdılır, yandırılır, yerlə yeksan edilir. Azərbaycan xanlıqları - Ġrəvan, Naxçıvan, 
Qarabağ, Gəncə, ġəki, ġirvan, Dərbənd, Quba, Bakı, Lənkəran xanlıqları, Borçalı, 
Loru  mahalları,  ġəmsəddil,  Qazax,  Ġlisu  sultanlıqları  və  Balakən  azad  icması  rus 
iĢğalçıları tərəfindən əsarət altına alınır. 
«Xristianların  xilası  siyasəti»  adı  altında  çar  Rusiyasının  Azərbaycanın 
xanlıqları ərazisində XIX əsrdə apardığı istila və qəsbkarlıqları ilə sonradan burda 
cəmləĢdirdikləri  və  yetiĢdirdikləri  erməni-daĢnak  faĢistlərinin  XX  əsrdə 
Azərbaycan  türkünə  qarĢı  apardıqları  etnik  təmizləmə  və  soyqırımı  siyasətindəki 
çevirmələri arasında  köklü fərqlər çox az sezilir. Belə  ki,  mənĢəcə  erməni, gürcü 
olan  çar  generalları  Sisianovlar,  Mədətovlar,  Lazarevlər,  Behbudovlar, 
Korqanovlar  öz  qəddarlıqları  və  amansızlıqları  ilə  Azərbaycan  türkünü  əsl 
soyqırıma,  kütləvi  qırğınlara  məruz  qoydular.  Azərbaycan  xalqının  qatillərinə 
çevrildilər.  Çar  Rusiyasının  erməni  əlindən  su  içən  cəllad  generalları  MatyuĢkin, 
Zubov,  Qudoviç,  RtiĢĢev,  Yermolov,  Paskeviç  və  onlarla  baĢqaları  öz 
ermənipərəstlikləri ilə fəxr edərək Azərbaycan türkünün baĢına olmazın müsibət və 
bəlalar  açdılar.  Gəncənin  ardınca  Böyük  Qarakilsə  (Kirovakan)  və  Gümrüdə 
(Leninakan) (iyul 1804), Arpaçayda (Axuryan) (18.06.1807), Ġrəvanda (2.07.1804, 
16-17.11.1807, 01.10.1828), Aslandüzdə (19.10.1812), o illərdə bir nəfər də olsun 
erməninin  yaĢamadığı  Mığrıda  (VII.18.10.),  Lənkəranda  (31.12.1812),  ġəmkirdə 


161 
 
(2.02.1826),  Gəncədə  təkrar  (13.09.1826),  ġəkidə  (14.10.1826),  ġuĢa  və  Qubada 
amansız qırğınlar törətdilər. Gülüstan (24 oktyabr 1813) və Türkmənçay (10 fevral 
1828)  kimi  hüquqi  əsası  olmayan  sülh  müqavilələrinə  Azərbaycan  xalqı  adından 
kimsə deyil, onun əvəzinə bu xalqın cəlladlarına çevrilmiĢ RtiĢĢev, Paskeviç kimi 
səhra generalları imza atıblar. Nə b.e.-da, nə də b.e.ə. dünya tarixində ədalətsizliyi 
bu  müqavilələr  dərəcəsində  özündə  əks  etdirən,  uzun  müddət  yaĢayan  ikinci  bir 
sülh müqaviləsinə rast gəlinmir. Bu müqavilələr çirkin bir niyyətə bir millətin ana 
yurdundan  qovularaq  onun  yurd-yuvasına  baĢqa  bir  millətin  köçürülməsinə,  bir 
millətin  tarixi  etnik  torpağında  baĢqa  bir  millətin  dövlətinin  qurulmasına,  vahid, 
ulu bir xalqın iki yerə bölünməsinə xidmət etdi. 1796-1828-ci illərdə davam edən 
32  illik  iĢğalçılıq  müharibəsi  nəticəsində  on  ġimali  Azərbaycan  xanlığı  çar 
Rusiyasına  ilhaq  edildi.  581  kənd  dağıdıldı.  10  minlərlə  Azərbaycan  türkü  qətlə 
yetirildi,  100  minlərlə  Azərbaycan  türkü  yurd-yuvasından  didərgin  salındı.  Bütün 
bunlar azmıĢ kimi, köklü bir xalqın ana Vətəni iki yerə bölündü. Üstəlik bu gün acı 
taleyimizə  bax  ki,  Qərbi  Azərbaycan  torpaqlarından  aborigen  türklər  bütövlükdə 
çıxarılıblar.  Bu  gün  Qərbi  Azərbaycanda  indiki  Ermənistan  adlanan  coğrafi 
məkanda  eksponat  xatirinə  köklü  əhali  olan  Azərbaycan  türkündən  bir  nəfərinə 
belə  rast  gəlmək  qeyri-mümkündür.  Halbuki  bugünkü  Ermənistan  adlanan  Qərbi 
Azərbaycanda yaĢayan ermənilərin sayı qədər 2 əsr bundan öncə həmin ərazidə bir 
o  qədər  Azərbaycan  türkləri  yaĢamıĢdı.  Bütün  bu  tarixi  cinayətlər  məhz  yuxarıda 
adları  çəkilən  həmin  bədnam  sülh  müqavilələrinin  nəzərdə  tutulan  maddə  və 
müddəaları əsasında zaman-zaman xəbis niyyətlərin gerçəkləĢməsi nəticəsində baĢ 
verib.  Azərbaycan  türkləri  erməni  balası  və  erməni  bəlası  ilə  üz-üzə  qalıb. 
ĠĢğalçılıq  müharibəsinə  baĢlanılan  gündən  Ġrəvan,  Zəngəzur,  Naxçıvan,  Qarabağ, 
Göyçə,  ġəmĢəddil,  Gəncə,  Qazax,  Borçalı,  Loru  mahallarından  azərbaycanlıların 
Türkiyə, Ġran ərazilərinə köçmələri, məhv və ya deportasiya edilmələri, ermənilərin 
isə  məqsədyönlü  və  planlı  Ģəkildə  çar  Rusiyası  tərəfindən  dövlət  səviyyəsində 
Türkiyə  və  Ġran  ərazilərindən  həmin  torpaqlara  köçürülməsi  prosesi  də  start 
götürübdü.  Bir-birini  əvəz  edən  rus  çarları  irsi  ötürmə  kimi  ermənilərin  bu 
ərazilərdə yerləĢdirilməsinə hər cür dəstək verib, bu iĢi yoluna qoymaq üçün çoxlu 
maliyyə  vəsaiti  ayırmaqda  belə  xəsislik  etməyiblər.  Bu  barədə  tərtib  olunmuĢ 
sənədlərin  əksəriyyəti  Sankt-Peterburq,  Moskva,  Tiflis  arxivlərində  bu  gün  də 
saxlanılmaqdadır. 
Qəsdimizə  durmuĢ  cəllad  xislətli  çar  generalları  Azərbaycan  xalqının 
əleyhdarı  olmaq  sarıdan  bir-birindən  üstün  çıxırdılar.  Bu  qaniçən  generallar  bir-
birlərindən ancaq öz qəddarlıqları ilə seçilirdilər. Lakin bu canilərin hərəkətlərində 
bir  oxĢar  cəhət  daim  özünü  qabardır  və  təkrarlayırdı.  Onlar  ətrafına  topladıqları 
erməni  mənĢəli  zabitlərin,  erməni  keĢiĢ  və  məliklərinin  əli  və  bələdçiliyi  ilə  yerli 
əhaliyə  amansız  divan  tuturdular.  Özlərini  Azərbaycan  türkünün,  Qafqaz 
müsəlmanlarının  qatili  kimi  göstərirdilər.  Onlar  təkcə  müstəmləkəçilik  siyasətini 
həyata  keçirməklə  kifayətlənmirdilər.  Azərbaycan  türklərini  yer-yurdlarından 


162 
 
didərgin  salırdılar.  BoĢalmıĢ  torpaqlara,  yaĢayıĢ  məntəqələrinə  isə  ermənilərin 
köçürülməsi  və  yerləĢdirilməsi  iĢini  təĢkil  edirdilər.  Erməniləri  sanki  gələcək 
siyasətlərini  -  etnik  təmizləmə  və  soyqırım  siyasətini  aparmaq,  arzuladıqları  türk 
qətliamlarını yerinə yetirmək cinayətini törətməyə hazırlayırdılar. Erməniləri türkə 
qənim kəsilmiĢ bir hala  gətirirdilər.   Onların  nankorluqlarına  arxa-dayaq  durur,  
Azərbaycan türklərinə qarĢı müxtəlif növ cinayətlər törətmələrinə göz yumurdular 
və  ya  buna  həvəsləndirirdilər.  Erməni  quldurlarının  Azərbaycan  türklərinə  qarĢı 
törətdikləri  cinayətlərdən  həzz  ala-ala  danıĢırdılar.  Çar  generallarının  cinayətkar 
əməlləri  Azərbaycan  türkünün  qan  yaddaĢında,  tarix  kitablarında  bu  gün  də 
qalmaqdadır.  «Rus  barbarlığı»  haqqında,  habelə  «Qərbi    Avropa  ġərqi  Öyrənir, 
Rusiya  isə  məhv  edir»  kimi  ifadələr  sanki  Rusiyanın  iĢğalçı  ordusunun 
Azərbaycanın, Azərbaycan xalqının baĢına gətirdiyi oyunlara, müsibətlərə rəğmən 
iĢlədilmiĢ və deyilmiĢdir. General A.P.Yermolovun «Bir müsəlmanı edam etməklə 
yüzlərlə  rusu  ölümdən  xilas  etmək  olar,  minlərlə  müsəlman  sənə  qarĢı  çıxmaz» 
deməsindən  tutmuĢ  Cəfərqulu  ağanın  102  min  desyatin  torpağını  əlindən  alaraq 
erməni  mənĢəli  çar  generalı  V.Mədətova  bağıĢlamasına,  ġəkidə  qırğınlar 
törətməsinədək  elə  bir  iĢğalçı  çar  generalı  tapmaq,  adını  göstərmək  çətindir  ki, 
Azərbaycan  türkünün  qanına  susamamıĢ  olsun.  Gürcü  mənĢəli  çar  generalı 
Sisianovdan tutmuĢ Yazova, Qraçovadək rus generalları zəmanəmizdə belə, cəllad, 
qatil  libaslarını  əyinlərindən  çıxarmaq,  soyunmaq  niyyətində  olmadılar.  Bütün 
bunlara görə biz rus əsgərinə, rus ordusuna nifrət edir, onlara düĢmən gözüylə, həm 
də  varlığımıza  qənim  kəsilmiĢ  erməni-daĢnak  faĢistlərinin  havadarı  kimi  baxırıq. 
Çünki  bu  ordu,  bu  əsgər  iki  əsrə  yaxındır  ki,  əllərini  büsbütün  Azərbaycan 
türkünün qanına boyamıĢ və  boyayır, nə türk qanı tökməkdən əl çəkmək bilir, nə 
də türk qanı içməkdən doydum deyir. 
Rusiya  da,  demək  olar  ki,  Azərbaycanda  apardığı  iĢğalçılıq  müharibələri 
dövründə  Qarabağı  xarabazarlığa  çevirmiĢdir.  Qarabağın  türk  əhalisi  20  dəfə 
azalmıĢdır.  Belə  ki,  1797-ci  ildə  Qarabağda  60  min  ailə  qeydə  alındığı  halda,  bu 
rəqəm 1913-cü ildə 3080 ailəyə enmiĢdir. 
Azərbaycanlıların  öz  tarixi  torpaqlarından  Qərbi  Azərbaycandan  (indiki 
Ermənistan),  öz  doğma  yurd-yuvalarından  qovulması  tarixi  də  Rusiyanın  iĢğalçı 
müharibələr apardığı illərdən baĢlayır. Çar gcnerallarının amansızlıqla  apardıqları 
və  yeritdikləri  müstəmləkəçilik,  antitürk,  antiislam,  dini  ekspansiya  siyasəti, 
təqiblər,  təhqirlər,  milli  zülm,  iĢgəncələr  ağır  nəticələrlə  sonuc  tapırdı.  Avtoxton 
əhali  olan  Azərbaycan  türkü  yurd-yuvasını  ellikcə  tərk  etmək  məcburiyyətində 
qalırdı.  Pəmbək  mahalından  1813-cü  ilədək  484  ailə,  1854-cü  ildə  isə  300  ailə 
doğma  od-ocağını  tərk  edərək  Qars  paĢalığına  köçmüĢdür.  ĠĢğaldan  ötən  50  il 
ərzində Pəmbək mahalındakı 950 azərbaycanlı ailəsinin 784-ü tərki-vətən olmuĢdu. 
1806-cı ildən 1828-ci ilədək Ġrəvan  xanlığı  ərazisini 500 ailə tərk edərək Ġrana və 
Türkiyəyə  köçmüĢdür.  1832-ci  ildə  Ġrəvan  Ģəhərində  7331  nəfər  azərbaycanlı 
qeydə  alındığı  halda,  1854-cü  ildə  bu  rəqəm  3163  nəfərə  enmiĢdir.  Təkcə  1826-


163 
 
1828-ci  illərdə  Ġrəvan  xanlığında  420  azərbaycanlı  kəndi  yerlə  yeksan  edilir. 
Bunlardan  100-də  erməni  köçkünləri  yerləĢdirilir.  ĠĢğalçılıq  müharibəsi  ərzində 
Naxçıvanı  1400  ailə,  Borçalını  15354  ailə,  ġəmsəddili  11478  ailə,  Qazaxı  2306 
ailə,  Qubanı  isə  10334  ailə  tərk  edir.  Azərbaycan  türkünün  köç  prosesi  iĢğal 
müharibəsindən sonrakı illərdə də ara vermir. Təkcə bir faktı qeyd etmək kifayətdir 
ki,  müharibədən  sonrakı  illərdə  Naxçıvan  bölgəsindən  1270  Kəngərli  ailəsi 
sıxıĢdırmalara dözməyərək Ġrana adlamıĢdır. 
ĠĢğalçılıq  müharibəsindən  ötən  46  il  ərzində  (1828-1874)  Qərbi 
Azərbaycanda və Qarabağda  581 kənd azərbaycanlısız qalır. Bu kəndlərin 208-nə 
erməni  köçkünləri  yiyələnir.  Habelə  zəbt  olunmuĢ  torpaqlarda  148  yeni  erməni 
kəndləri salınmıĢdır. ĠĢğalçılıq müharibəsindən bu yana, XIX və XX əsrlər boyu da 
Azərbaycan  türklərinin  yurd-yuvalarını  məcburiyyət  qarĢısında  tərk  etmələri  və 
ermənilərin fasilələrlə olsa da Azərbaycan torpaqlarına köçürülməsi və köçetmələri 
davam  etmiĢdir.  Çünki  Rus  imperiyasının  Qafqaz  siyasəti  formalaĢdığı  gündən 
Azərbaycan  xalqına  bir  bəla  gətirmiĢdi.  Bu  bəla  da  erməni  balasının  marağı  ilə 
qoĢalaĢmıĢ,  həmrəyləĢmiĢ,  həmkarlaĢmıĢ,  erməni  bəlası  Ģəklində  Azərbaycanın 
üstünə yerimiĢdir. 
Erməni  əlindən  su  içən  çar  generalı,  Azərbaycan  türkünün  qəddarlarından 
biri  olan  Paskeviç  ermənilərin  Ġran  və  Türkiyədən  Azərbaycana  köçürülməsini 
təĢkil  etmək  üçün  erməni  mənĢəli  çar  generalı  Ġ.D.Lazarevin  rəhbərliyi  altında 
xüsusi  komitə  yaradır.  Bilavasitə  Ġrəvana  köçürməni təĢkil etmək  üçün  isə  ayrıca 
köç  komitəsi  təsis  edir.  Buna  isə  rəhbərliyi  erməni  mənĢəli  çar  generalı 
V.O.Behbudova həvalə edir. 
Qeyd:  Çar  generalları  sırasında  Behbudov  (Tuğ  ermənisi)  ən  murdar,  ən 
qəddar  müstəbid  kimi  xarakterizə  olunur.  Camaat  onu  quberniyanın  bəlası 
adlandırıb, bir ağızdan ona lənət oxuyublar. Heç bir qubernator, paĢa və ya sərdar 
kasıb  kəndlilərin  qan-təri  hesabına  bu  erməni  məlunu  qədər  qızıl  pul,  mal-dövlət 
toplamayıbdı, deyirdilər. 
1805-1806-cı  illərdə  ġuĢaya  390  nəfərlik  ilk  erməni  köçü  gəlir.  Yeri 
gəlmiĢkən  onu  da  qeyd  edək  ki,  ġuĢada  ilk  erməni  kilsəsi  rus  kilsəsindən  çox 
sonralar tikilmiĢdir; 
I  Rus-Ġran  müharibəsi  (1804-1813)  baĢlayan  gündən  aramsız  olaraq 
ermənilərin Azərbaycana köçürülməsi prosesi davam edib
II  Rus-Ġran  müharibəsinin  gediĢi  (1826-1828)  zamanı  Qarabağa  18  min 
erməni ailəsi köçürülüb
1828-ci il fevral ayının 10-da Rusiya ilə Ġran arasında bağlanan Türkmənçay 
sülh  müqaviləsi  əsasında  8249  erməni  ailəsi  ġimali  Azərbaycan  ərazisinə 
köçürülüb.  Süni  surətdə  bu  regionda  erməni  əhalisinin  sayı  50  dəfədən  çox 
artırılmıĢdır. 
XIX  əsrin  ortalarında  ingilis  mühəndisinin  layihəsi  əsasında  Zəngəzurda 
məqsədyönlü  Ģəkildə  Gorus  kəndi  ərazisində  ermənilər  üçün  Gorus  Ģəhəri  salınır. 


164 
 
Bura əsasən Ġrandan gəlmə erməni ailələri yerləĢdirilir. 1868-ci ildə ġuĢa qəzasının 
əsasında,  daha  doğrusu,  onun  bir  hissəsində  mərkəzi  Gorus  Ģəhəri  olan  Zəngəzur 
qəzası yaradılır. 
1877-78-ci  illərdə  Rus-Türk  müharibəsi  zamanı  1827-28-ci  illərdə  olduğu 
kimi  ermənilərin  Azərbaycana  köçmələri  kütləvi  hal  alır.  Erməni  mənĢəli  çar 
generalı  Ter-Qukasovun  baĢçılığı  ilə  53000  erməni  Azərbaycan  torpaqlarına 
köçürülür. Bununla yanaĢı, iĢğal edilmiĢ Qars əyalətinə 50 min, Sürməliyə isə 35 
min erməni qaçqını yerləĢdirilir; 
1879-cu ildə ən qədim türk məskənlərindən biri olan Dərbənd Ģəhərinə 250 
erməni ailəsi köçürülür. 
1893-96-cı  illərdə  isə  90000  Türkiyə  ermənisi  Azərbaycan  torpağına  köç 
edir. Artıq 1900-cü ildə Cənubi Qafqazda 1,3 milyon erməninin toplaĢması qeydə 
alınır. 
1918-1919-cu  illərdə  daĢnak  hökumətinin  baĢçısı  Xatisov  Türkiyədən 
qaçqın düĢən 40000 erməninin Qərbi  Azərbaycanda  yerləĢdirilməsini  xüsusi plan 
əsasında reallaĢdırır. 
1820-1920-ci  illərdə,  ötən  yüz  il  ərzində  ġimali  Azərbaycan  ərazisinə 
fasilələrlə rəsmən 600 min erməni köçürülür. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin