Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə234/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   230   231   232   233   234   235   236   237   ...   500
HaĢiyə  1:  Ermənilərin  Qərbi  Azərbaycana  -  Ermənistan  SSR  ərazisinə 
köçürülməsi  Sovet  hakimiyyəti  illərində  də  davam  etdirilib.  1946-cı  ildə  Suriya, 
Yunanıstan,  Livan,  Ġran,  Bolqarıstan  və  Rumıniyadan  50,9  min,  1947-ci  ildə 
Fələstin,  Suriya,  Fransa,  ABġ,  Yunanıstan,  Misir,  Ġraq  və  Livandan  35,1  min, 
1962-73-cü  illərdə  Kipr,  Misir,  Suriya,  Ġraq,  ABġ,  Tunis,  Uruqvay  və 
Argentinadan  33,1  min  erməni  köçürülüb.  Bu  köçürmə  prosesi  bu  gün  də  davam 
etdirilir.  Livan,  Ġraq  və  bir  sıra  ġərq  ölkələrindən  gələn  erməni  ailələri 
Azərbaycanın iĢğal altında olan Qarabağ torpaqlarında boĢ qalmıĢ azərbaycanlılar 
yaĢayan kəndlərdə məskunlaĢırlar... 
...XIX  əsrdə  Türkiyədən,  Ġrandan  Azərbaycan  torpaqlarına  köçürülən 
ermənilər  özlərinə  özgə  torpağında  yer  etdilər.  Müəyyən  güc  topladıqdan  sonra 
milli  dövlət  yaratmaq  arzularını  həyata  keçirmək  üçün  əməli  fəaliyyətə  keçdilər. 
Ġlk  öncə  «Türkiyə  Ermənistanı»  məfhumunu  ortaya  atdılar.  Türkiyə  ərazisində 
kütləvi  terror  və  üsyanlar,  soyğunçuluq  və  qətliamlar  törətməklə,  güc  vasitəsi  ilə 
məkrli niyyətlərini həyata keçirmək istədilər. Ermənilər bir zaman onlardan yalnız 
vergi  verməyi  tələb  edən,  din  və  məzhəblərinə  qarıĢmayan  türklərə  xilaskar  kimi 
baxırdılar. Lakin super güclərin yerdəyiĢməsi ilə erməni nankorluğu da öz rəngini 
dəyiĢdi.  Qərbi  Avropanın  və  Rusiyanın  Osmanlı  imperiyasını  içindən  çökdürmək 
siyasəti  erməni  məsələsinə  yaĢıl  iĢıq  yandırdı.  Problemin  beynəlxalq  arenaya 
qaldırılması tərəflərin ürəyincə oldu. 
Beləliklə, Rusiya, Ġngiltərə, Fransa öz milli və dövlət maraqları çərçivəsində 
Türkiyəni  parçalamaq  məqsədi  ilə  süni  surətdə  yaratdıqları  «erməni  məsələsi»ni 
cücərdib  ortaya  atdılar.  Hər  üç  dövlət,  xüsusi  ilə  türk  dünyasına  qarĢı  uzun  illər 


165 
 
düĢmən cəbhədə duran və döyüĢən Rusiya müsəlman aləmində geniĢ riĢələri olan 
ermənilərdən  bir  alət  kimi  istifadə  etmək  sahəsində  həlledici  addımlar  atmağa  ilk 
qərar  verən  dövlət  oldu.  Türkiyənin  daxilində  hərc-mərclik,  anarxiya  yaratmaqla 
sultan  dövlətini  bünövrəsindən  zəiflətmək,  sarsıtmaq  üçün  ermənilərə  əllərindən 
gələn köməyi etdilər. Ermənilər 1860-cı illərdən baĢlayaraq pozuculuq fəaliyyətinə 
rəvac verdilər, terror qrupları yaratmağa baĢladılar. Erməni keĢiĢləri və millətçiləri 
öz  sərsəm  ideyalarını,  10  milyondan  çox  türkün  və  cəmi-cümlətanı  1,3  milyon 
erməninin yaĢadığı bir ərazidə «bütün türkləri qırıb xalis erməni dövləti yaratmaq» 
kimi sərsəm  ideyalarını həyata keçirmək üçün silahlı üsyana qalxdılar. Erməniləri 
gah  Fransa,  gah  Ġngiltərə,  sonda  isə  yenə  də  Rusiya  silahlandırırdı.  1877-78-ci 
illərdə  erməni  mənĢəli  çar  generalı  Loris-Melikovun  komandanlığı  altında  rus 
ordusunun  (əlavə  3  erməni  mənĢəli  çar  generalının  da  qoĢun  komandiri  olduğu) 
ġərqi  Anadoluya  daxil  olması  ilə  erməni  hiyləsi  türklərə  açıq-aĢkar  Ģəkildə  bəlli 
oldu. Daha doğrusu, bu müharibə onlara gözlənildiyindən baha baĢa gəldi. 18 mart 
1878-ci  il  tarixdə  qeydə  alındı  ki,  ermənilər  Osmanlı  imperiyasını  devirib 
«Osmanlı  Ermənistanı»  adlandırdıqları  əraziləri  Rusiyaya  birləĢdirmək  istəyirlər. 
Türk  ordusunun  erməni  əsgərləri  bu  müharibədə  fərarilik  edərək  kütləvi  Ģəkildə 
ruslar tərəfə keçir, türklərə qarĢı vuruĢur, silahlı dəstələr yaradaraq türk kəndlərini 
yandırır,  əhalisini  qılıncdan  keçirirdilər.  Bu  müharibədə  Türkiyənin  məğlubiyyəti 
ermənilərin iĢtahasını daha da artırdı. Öz iyrənc planlarının baĢ tutması üçün böyük 
xristian  dövlətlərinə  də  arxalanmağa  baĢladılar.  Bu  yolda  Ġngiltərə,  Fransa  kimi 
super güclərdən bu və ya digər dərəcədə, Rusiyadan isə bilavasitə hər cür xeyir-dua 
və  dəstək  alırdılar.  Öz  xəyali  dövlətlərini  «Böyük  Ermənistan»  və  ya  «Dənizdən-
dənizə  erməni  dövləti»  (Ağ  dəniz,  Qara  dəniz)  yaratmaq  yolunda  təĢkilati 
strukturlar  yaratmağa  ehtiyac  duydular.  Fransanın  himayəsi  altında  Armenakan, 
Ġngiltərənin  xeyir-duası  ilə  Qnçaq  (1885),  Rusiyanın  dəstəyi  ilə  DaĢnaksutyun 
(1890)  partiyaları  yaradıldı.  Bu  partiyalar  tərəfindən  1894-1896-cı  illərdə 
ermənilərin Türkiyədə ölkə boyu üsyana qaldırılması ermənilərin tam məğlubiyyəti 
ilə  qurtardı.  Türklərdən  qəti  addım  görüncə  DaĢnaksutyun  partiyası  türk  xofunu 
özündən  uzaqlaĢdırmaq  üçün  münaqiĢənin  əks-sədasını  1905-1907-ci  illərdə 
Azərbaycanda  törətdi.  Erməni-daĢnak  faĢistləri  ilk  dəfə  olaraq  silah  gücünə 
Azərbaycan  türklərini  planlı  Ģəkildə  ana  yurdlarından  çıxarmağa,  etnik  təmizləmə 
siyasətini həyata keçirməyə, milli qırğınlar törətməyə  baĢladılar, azərbaycanlıların 
qətliamına  fərman  verdilər.  Tarix  təhrif  olunmamalıdır.  Bu  gün  dünya 
parlamentlərində  uydurma  «erməni  soyqırımı»  əfsanəsindən  deyil,  erməni-daĢnak 
faĢistlərinin türk soyqırımı törətmələrinin tarixindən danıĢılmalıdır. Erməni-daĢnak 
faĢistləri XX əsrin birinci soyqırımını törətmələri faktını hər vəchlə gizlədirlər. Bu 
partiya 1890-cı illərin axırlarında az-çox gücə malik olan Qnçaqı da sıradan çıxardı 
və ermənilərin yeganə rəhbər siyasi təĢkilatına çevrildi... 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin